Yan Skala (y.sorb Jan Skala; 17 iyun 1889[1], Nebelçitsi[d], Almaniya imperiyası – 22 yanvar 1945[1]) — Sorb yazıçısı, şair, publisist və ictimai xadim.
Yan Skala | |
---|---|
y.sorb Jan Skala | |
| |
Doğum tarixi | 17 iyun 1889[1] |
Doğum yeri | Nebelschutz, Almaniya imperiyası |
Vəfat tarixi | 22 yanvar 1945[1] (55 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d] |
Vətəndaşlığı | |
Fəaliyyəti | jurnalist, yazıçı, publisist |
Əsərlərinin dili | Sorb dilləri |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Yan skala 17 iyun 1889-cu ildə Sorbianın Nebelçitsi kommunasında fəhlə ailəsində anadan olub. 1901-ci ildə Bautzendəki gimnaziyaya daxil olur, lakin tezliklə vəsait çatışmazlığı səbəbindən məktəbi tərk etmək məcburiyyətində qalır. 1902-ci ildə işçi kurslarını bitirmiş və 1916-cı ilə qədər kimya sənayesi üzrə müxtəlif müəssisələrində çalışmışdır. 1910-cu ildə ilk şeirlərini nəşr etdirdi. Sosial-demokrat mətbuatın qəzetləri üçün qısa məqalələr yazırdı. 1912-ci ildə Sorb mədəni-maarif təşkilatı "Matitsa Serbian"a qoşulur. 1916-cı ildən Birinci Dünya Müharibəsinin Balkanlarda və Rusiyada Şərq Cəbhəsində gedən döyüşlərdə iştirak edib. 1920-ci ildə Sorb Xalq Partiyasının yaradıcılarından biri idi. 1921-ci ildə Sorb qəzetinin "Serbske Nowiny" redaksiyasında işləyib. 1924-cü ildə Almaniyadakı Polyaklar İttifaqına daxil olur. Almaniya Milli Menşeviklər İttifaqının fəaliyyətində iştirak etmişdir. 1925-ci ildə Almaniyada Milli Menşevik İttifaqının çap orqanı olan aylıq «Kulturwehr» qəzetini təsis edib və 1936-cı ilə qədər onun baş redaktoru olub. Nasistlər hakimiyyətə gəldikdən sonra keçmiş siyasi fəaliyyətinə görə təqiblərə məruz qalıb. 1936-cı ildə jurnalistika fəaliyyəti qadağan edilib. 1937-ci ildə o, digər Sorb ictimai və mədəniyyət xadimləri ilə birlikdə həbs edilib. O, 9 ay Drezdendə həbsdə olub. Azadlığa çıxandan sonra Berlin və Bautzendə müxtəlif müəssisələrdə çalışıb. 22 yanvar 1945-ci ildə mənzilinə soxulan Qızıl Ordu əsgəri tərəfindən güllələnərək öldürüldü.[2]