Yan püskürmə (rus. боковое извержение, ing. lateral eruption) — vulkan konusunun yamacında və yaxud ətəyində lavaların çatlar boyunca püskürməsi. Adətən yamacda parazit konuslar əmələ gəlir. Mis: Sicilyada Etna vulkanı, Kamçatkada Klyuçevsk sopkası.[1]