Yana (çay, Laptevlər dənizi hövzəsi)

Yana (saxa Дьааҥы) — Saxa Respublikasında çay. Verxoyansk silsiləsindən başlanan Dulqalax və Sartanq çaylarının birləşməsindən əmələ gəlir. Delta (sahəsi 10200 km²) əmələ gətirərək Laptevlər dənizinin Yana körfəzinə tökülür. Uzunluğu 872 km, hövzəsinin sahəsi 238 min km²-dir. Çoxlu ada və dayazlıqlar var. Əsasən yağış suları ilə qidalanır. Oktyabrdan aprel-mayadək donmuş olur. Mühüm qolları Adıça və Bıtantay çaylarıdır. Verxoyansk şəhərindən mənsəbinədək gəmiçiliyə yararlıdır. Balıqla (durnabalığı, xarius, çir və s.) zəngindir. Yana hövzəsinin 6.9 milyon kilovat hidroenerji ehtiyatı var.

Yana
Ölkə
Mənsəbi Yana körfəzi
Uzunluğu
  • 872 km
Su sərfi 925 m³/s
Hövzəsinin sahəsi 238.000 km²
DSR[rus.] 18040100112117700006264
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  • ASE, V cild, Bakı, 1981, səh. 61