Yana körfəzi

Yana körfəziLaptevlər dənizinə daxil olan körfəz. İnzibati cətətdən Rusiyanın Saxa Respublikası ərazisinə daxildir. Öz adını əraziyə axan Yana çayının götürmüşdür. Qərbdə Buor-Xaya burnu, şərqdə isə Ebelyax körfəzi ilə əhatələnir.

Yana körfəzi
rus. Янский залив
Ümumi məlumatlar
Tip körfəz
Yerləşməsi
72°01′00″ şm. e. 136°49′00″ ş. u.
Ölkələr
Akvatoriyası
Yana körfəzi xəritədə
Yana körfəzi
Yana körfəzi
Yana körfəzi xəritədə
Yana körfəzi
Yana körfəzi

Yana çayının mənsəbində böyük delta əmələ gəlir (10 200 km²). İlin 9 ayı körfəz buzla örtülü olur. Qərb sahilləri yüksəkdir. Cənub və şərq sahilləri isə hamardır. Körfəz iyunun sonlarına kimi üzən buzlarla örtülür. Körfəzdə çoxlu sayda ada vardır: Yarok, MakarŞelonski adaları. Ən böyüyü Yarok adasıdır. Yana çayından başqa bura Çeneden, Tomski-Yuryaqe və s. çaylar tökülür.

1976-cı ildə körfəzdə baş vermiş fırtına zamanı iki tanker və bir quru yük teploxodu batmışdır.[1]. Nəticədə 8 nəfər həlak olmuşdur.

1712-ci ildə Yakov Premyakov və onun ortağı Merkuriy Vaqin Yana körfəzini itlərlə keçərək Böyük Lyaxovski adasını tətqiq etməyə yollanmışlar. Onlar geri qayıdarkən həlak olmuşlar.

1892—1894-cü ildə baron Eduard Toll Aleksandr Bunqenin rəhbərliyi altında [[Rusiya İmperator Elmlər Akademiyası adından körfəz ərazisində geoloji tədqiqat işləri aparmışdır.

  1. "Гибель судов в Янском заливе во время шторма в 1976 году". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-26.