Yana Burçeska (mak. Јана Бурческа; d. 6 iyul 1993, Skopye, Makedoniya Respublikası) — Makedoniya müğənnisi. O, Makedoniya Respublikasını 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Yana Burçeska | |
---|---|
mak. Јана Бурческа | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Yana Burçeska mak. Јана Бурческа |
Doğum tarixi | |
Doğum yeri | Skopye, Makedoniya Respublikası |
Vətəndaşlığı | Şimali Makedoniya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2010–h.h. |
Janr | |
Musiqi aləti | vokal |
janaburcheska.mk | |
Vikianbarda əlaqəli mediafayllar |
Yana Burçeska 2011-ci ildə Makedoniya Respublikasında təşkil olunan Macedonian Idol məharət yarışmasında iştirak etmiş və beşinci yeri qazanmışdır. 2016-cı ilin noyabr ayında Makedoniya Respublikasının MRT telekanalı Yana Burçeskanın ölkəni Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır[1]. Yananın müsabiqədə ifa edəcəyi mahnı olan "Dance Alone" 2017-ci ilin mart ayında təqdim edilmişdir. Uzun məşqlərdən sonra müğənni 11 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinalında üçüncü nömrə altına səhnə almışdır. Nəticədə Yana 18 ölkə təmsilçisinin mübarizə apardığı yarımfinalda 69 xalla 15-ci yeri tutaraq, finala adlaya bilməmişdir.
Avroviziya 2017-də Makedoniya Respublikası üçün hazırlanmış reklam çarxında Yananın uşaq gözlədiyi bəlli olmuşdur. Daha sonra müğənninin nişanlısı Aleksander canlı yayımda Yanaya evlilik təklif etmişdir. Hadisə dünya mediasında yer almışdır.[2][3]
2017-ci ilin oktyabr ayında Yananın Dona adlı qız övladı dünyaya gəlmişdir.
Mahnı adı | İl |
---|---|
"Dance Alone" | 2017 |
Əvvəlki: Kaliopi "Dona" |
Makedoniya Respublikası Avroviziya Mahnı Müsabiqəsində 2017 |
Sonrakı: Eye Cue "Lost and Found" |