Yanan adam festivalı (ing. Burning Man) — ABŞ-nin Nevada çölünün Black Rock bölgəsində hər il avqust ayının son həftəsi ilə sentyabr ayının ilk həftəsi arasında keçirilən festival.
Festival ilk dəfə 1986-cı ildə Larri Harvey və dostları tərəfindən təşkil edilmişdir. Festivalda iştirak etmək üçün əvvəlcədən müraciət edərək qeydiyyata düşmək və bilet almaq lazımdır.
Xüsusilə, gecələr böyük əyləncələr və mərasimlər təşkil edilir. Yanan adam fiquru festivalın əsas simvoludur. Təşkilatçılar festivalın musiqi və sənət festivalı olduğunu deyirlər.
Hər il müxtəlif gündəmi olan festivalda 2011-ci ildə əsas gündəlik olaraq "keçid mərasimləri" mövzusu seçilmışdir. 2011-ci ildə festivala 50 mindən artıq insan qatılmışdır.
ABŞ ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |