Yankov yarımadası

Yankov yarımadası (rus. Полуостров Янковского) — Rusiyanın Primorsk diyarı ərazisində yerləşən yarımada. Böyük Pyotr körfəzinin şərqində yerləşir. Narva buxtası və Lebyajya laqununu Slavyanski körfəzindən ayırır. Şimal-qırbində bataqlıqlaşmış bərxəx onu materiklə birləşdirir. Şərqində Qeko buxtası, cənub-şərqində Tabunnaya buxtası, cənub-qərbində isə Minonosok buxtası yerləşir. Şimal nöqtəsi Briner, şərq Kupriyanov burnu adlanır. Cənub hissəsində SidorovQerasimov adaları yerləşir. Şərqində isə Koliçi adası vardır. Burada çoxlu sayda kiçik axarlar vardır[1][2]. Ərazisi dağlıqdır. Maksimal hündürlük 248 metrdir. Sahilləri sıldırımlı və hündürdür. Sahilindən bir qədər aralıda su altı və üstü daşlar mövcuddur. Qeko və Narva buxtalarının sahillərində Bezverxovo kəndi yerləşir. İlk əvvəllər yarımada Sidemi adını daşıyırdı. Sonradan isə Burada malikanəsi olan Mixail İvsnoviç Yankovun şərəfinə adlandırılmışdır[3].

Yankov yarımadası
Ümumi məlumatlar
Sahəsi 17,4 km²
Yerləşməsi
42°57′30″ şm. e. 131°27′00″ ş. u.
Akvatoriya Böyük Pyotr körfəzi
Ölkə  Rusiya
Yankov yarımadası xəritədə
Yankov yarımadası
Yankov yarımadası
  1. "Topoqrafik xəritə K-52-47 — 1 : 100 000". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.
  2. Лоция северо-западного берега Японского моря Arxivləşdirilib 2012-03-11 at the Wayback Machine (rus.)
  3. "Хасанский район: Yankov yarımadası". 2009-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.