Yanvar Nəsirov (azərb. Nəsirov Yanvar Şirəli oğlu; 01.01.1957, Gülablı, Ağdam rayonu, Azərbaycan SSR – 20.01.1990, Bakı, Azərbaycan SSR) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.[1]
Yanvar Nəsirov | |
---|---|
Nəsirov Yanvar Şirəli oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Gülablı, Ağdam rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Həyat yoldaşı |
|
Milliyyəti | Azərbaycanlı |
Nəsirov Yanvar Şirəli oglu 1957-ci ildə yanvarın 1-də Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. 1964-cü ildə Gülablı kənd orta məktəbinin I-ci sinfinə daxil olmuş, 1974-cü ildə orta məktəbi bitirmişdir. Bundan sonra o, 1974-cü ildə Bakı şəhər zəhmətkeşləri derutatları sovetinin icraiyyə komitəsi, Bakı baş tikinti idarəsi tədris-kurs kombinatına daxil olmuş və 1975-ci ildə həmin kursu bənna-rəngsaz ixtisası üzrə bitirmişdir. 1975-ci ilin iyun ayından sentyabra qədər o, ŞTPM № 65-də 3-cü dərəcəli avtomobil sürücüsü hazırlıq kurslarında təhsilini davam etdirmişdir. 1976-1978-ci illərdə Leninqrad şəhərində Sovet Ordusu sıralarında xidmət göstərmişdir. Həmin illərdə bənna ixtisası üzrə texniki istehsalat təhsili almışdır. 1977-ci ilin may ayında Yanvar Nəsirova Kommunist Əməyi Zərbəçisi fəxri adı verilmişdir. Həmin ildə o, II-dərəcəli döş nişanı ilə təltif olunmuşdur. 1978-ci ildə Nazirlik və həmkarlar MK adından «Pobeditelğ Soüialistiçeskoqo sorevnovaniə 1977 qoda» nişanına layiq görülmüşdür. Əsgəri xidməti başa çatdıqdan sonra Bakıya qayıtmış, sürücü işləmişdir. 1979-cu ildən o, Saratov vilayətində «Komsomolskvodstroy» trestində çalışmışdır. 1981-1982-ci illər o, Saratov vilayətinin Marksov rayonunda «Pobeda» kolxozunun inşasında iştirak edənlərin arasında keçirilən Sosialist yarışmasında müvəffəqiyyətlərinə görə fəxri fərmanlara layiq görülmüşdür. 1982-ci ilin fevral ayından aprelə qədər Yanvar Nəsirov Marksov tədris kurs kombinatında təhsil alaraq «E» kateqoriyalı / I-ci dərəcə / nəqliyyat vasitələrinin sürücüsü vəsiqəsini almışdır. 1980-ci ildən 1983-cü ilə qədər Saratov vilayəti Marksov rayonunun «Pobeda» kolxozunda istehsalat obyektlərinin inşasında çalışıb.
1987-ci ildə doğma yurduna qayıtdıqdan sonra o, Kaspiorstroy TMİ-də işləməyə başlayıb.
1988-ci ildə Çernobıl qəzasının nəticələrini aradan qaldırmaq üçün Nərimanov rayon hərbi kommissarlığı tərəfindən səfərbər edilmişdir. Lakin, işin ağır şəraitinə dözməyərək və səhhəti ilə əlaqədar olaraq bir aydan sonra yenidən Bakıya qayıtmışdır. Qayıtdıqdan sonra yenidən həmin tikintidə çalışmışdır. Sonralar Çernobıl qəzasının vurduğu zərbə ilə əlaqədar olaraq o, ixtisasını dəyişmiş, əvvəllər Bakının Lenin rayonunun /1989-cu ilin əvvəlində/ OBPİT-də, sonralar isə kondisioner zavodunun nəzdindəki «Sərin» kooperativində çalışmışdır. Bu onun son iş yeri oldu.
1987-ci ildə öz həmkəndlisi Almara Vəzir qızı Nəbiyeva ilə ailə qurub. 1988-ci ildə oğlu dünyaya gəlib.