Yap (xalq)

Yap atolluna daxil olan adalardan biri

Yap (özünüadlandırma) və ya yaplı — Yap adasının yerli xalqı, mikroneziyalılar. Ümumi sayı— 500, bəzi mənbələrdə isə — 5 min göstərilir. Etnik baxımdan belaulara daha yaxındılar. Yerli dil — Yap dilidır. İngilis dili daha geniş yayılmışdır. Əsas din - xristianlıqdır. Ancaq yerli inanclarda üstünlük təşkil edir.

Formalaşmasını avstroneziya xalqları ilə bağlasalarda, yayılma mexanizmi tam öyrənilməyib. Aid olduğu yap dili mikroneziya dilləri daxilində ərimiş. Antropoloji və linqvistik baxımdan yaplar daha çox melaneziya ilə bağlıdır. Daha çox indoneziyanın təsiri görsənir. Yaplar və belaular ümumi mənşə baxımdan filippinlilərə çox yaxındır.

Sosial qurumlar

[redaktə | mənbəni redaktə et]

Yaplılar ümumi rəhbərə məxsus deyillər. Hər ada öz rəhbərinə malikdir. 8 ada və 8 rəhbər. Cəmiyyət patriarxat xətt üstünlük təşkil edən xüsusi icmalara, edndoqam kastalar bölünür. Rəhbər məhz yüksək kasta daxilindən seçilir. Adaların daxili hissələrində aşağı kastaya məxsus olanlar, sahildə isə daha yüksək kastaya aid olanlar yaşayır və geniş torpaq sahələrinə məxsusdular.

Yap adasından tapılan heykəllər

Ruhlara inanmaq, cadugərlik, ölülərə səcdə geniş yayılıb. Yaplıların öz mifoloqiyası mövcuddur. Yaradıcı allah Enalafdır. O, Leviranın oğludur. Leviran - yeddi uşağın anasıdır. Yaplıların dünyası yeddi göy və yer qatından(yar) ibarətdir.

Təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Yaplıların məişəti ümummikroneziya məişətində fərqlənmir. Əsas məşğuliyyəti - balıqçılıq, yam, taro və banan əkini, qayıq tikintisi və s. Geyimləri don və diz qurşaqlarından ibarətdir. Yeməklərində balq, dəniz məhzulları və taro üstünlük təşkil edir. Yapda balıqqulağından, tısbağa zirehindən, şüşə muncuqlardan, daşlardan pul kimi istifadə olunur. Palaudan gətirilmiş daş pulun diametri 2 metrdir.

Yap pulu - Rai daşı.
  • Dünyada ən ağır qəpik - Rai daşları Yap adasındadır. Disk şəkildə hazırlanmış bu daşlar araba təkərini xatırladır. Bəzilərinin ölçüləri 3 metrə çatır. Ən iri rai 6 metr diametrə malikdir.
  • Энциклопедия «Народы и религии мира», М.-1998.
  • М. Стингл. «По незнакомой Микронезии» Москва, изд-во «Наука», 1978, 272 с.