Yapon ədəbiyyatı(yap.日本文学) – iki min illik tarixə malikdir. Yapon ədəbiyyatı ilk dövrlər əsasən Çin və çin ədəbiyyatı ilə olan sıx əlaqələr nəticəsində Çin mədəniyyətindən bəhrələnmişdir. Bu dövrün əsərlərinin başlıca səciyyəvi xüsusiyyəti əsərlərin klassik Çin əlifbası ilə yazılmasıdır. Sonrakı dövrlərdə isə, buddizmin Yaponiyaya yayılması ilə əsərlərdə Hindistan mədəniyyətinin aspektlərinə rast gəlmək mümkündür. Nəhayət, yapon ədəbiyyatı yapon yazıçılarının Yaponiya haqqında əsərlər yazması ilə özünəməxsus tərz yarada bilmişdir. Bununla yanaşı Çin ədəbiyyatı və klassik çin dilinin güclü təsiri yapon ədəbiyyatındakı öz təsirini müasir dövrə kimi qorumuşdur.