Yapon dəniz şiri[3] (Zalophus japonicus) — Qulaqlı suitilər fəsiləsinə Kaliforniya dəniz şirlərinə daxil olan, nəsli kəsilmiş məməli. Bu canlının nəsli kəsilməsi 1970-ci illərə təsadüf edir[4].
Yapon dəniz şiri | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Yapon dəniz şiri |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yapon dəniz şiri əsasən Yapon dənizi akvatoriyasında Yaponiya arxipelaqında[5] və azda olsa Koreyanın[6] qərb və sahillərində, Kuril adalarının cənub hissəsində yayılmışdı. Onların Kamçatka yarımadası[7] və Ryukyu adaları ətrafında belə yayılmış olması ehtimal edilir.
Yapon dəniz şiri xariçi görünüş baxımından Kaliforniya dəniz şirinə bənzəyir (Zalophus californianus). Erkəklər tünd-boz, və tünd-qəhvəyi rəngdə olurdular. Uzunluqları 2,3–2,5 metr, çəkisi isə 450–560 kq arasında dəyişirdi. Yaşlı erkəklər demək olar ki, bütünlüklə qara rəngdə olur. Dişilər 1,40–1,64 m uzunluğa və parlaq rəngə malik olurdu. Yapon dəniz şirləri sahildən çox aralanmırdılar. Onların sahildən 16 km məsafədən uzağa üzmürdülər. Sahildə əsasən qumsallıq ərazilərdə yerləşirdilər. Uzun zaman bu canlı Kaliforniya dəniz şirinin yarımövü hesab edilirdi. 2003-cü ildə kəllə quruluşunun dəqiq diaqnostikası olnarın müstəqil növ olmasını ortaya çıxarmışdır. Yapon dəniz şirlərinin kəlləsi digər növə nisbətən iridir. Kaliforniya dəniz şiri beş üst azı diləri olduğu halda Yapon dəniz şirlərində altıdır.
Yapon dəniz şirinin soyunun kəsilməsinə səbəb kütləvi ovlanma və balıqçılar tərəfindən təqib olunmalarıdır. XIX əsrin ortalarında sayları 30 000–50 000 baş olaraq qiymətləndirilirdi. XX əsrin ortalarından sayları azalmışdır. Sonuncu dəfə 1951-ci ildə 50–60 baş olaraq Liankur adasında aşkarlanmışdır.