Liankur adaları (kor. 독도, 獨島, Tokto, yap. 竹島, Takeşima;) — Yapon dənizinin qərbi hissəsində yerləşən kiçik adalar qrupu. Adaların suverenliyi Yaponiya və Cənubi Koreya arasında mübahisələrə səbəb oldu[2]. İkinci dünya müharibəsindən sonra adalar Cənubi Koreyanın nəzarətindədir[3].
Liankur adaları | |
---|---|
kor. 독도, yap. 竹島 | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 0,187450 km² |
Hündür nöqtəsi | Daehanbong dağı (169 metr) |
Əhalisi |
|
Yerləşməsi | |
37°14′30″ şm. e. 131°52′00″ ş. u.HGYO | |
Ölkə | Cənubi Koreya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Koreyada adaları Tokto (독도/獨島[4], koreyaca tənha adalar), Yaponiyada isə Takeşima (竹島, yaponca bambuk adaları) adlanır. İngilisçə Liankur qayaları (ing. Liancourt Rocks) adlanır. Bu ad adaları 1849-cu ildə ilk tapıb xəritələrə çəkən avropalıların gəmisi olan "Le Liancourt" adından irəli gəlir. Rusiyada "Menelay" və "Olivutsa" qayaları adaları adlanırdılar.
Liankur adaları əsasən aralarında 150 metr məsafəsi olan iki adadan[5] (Nişişima və Hiqaşişima yaponca, Sodo və Tondo koreyaca; hər ikisi müvafiq olaraq qərbi ada və şərqi ada kimi tərcümə olunur) və 35 kiçik qaya adalarından ibarətdir. Ümumi sahəsi 187 450 m² (0,18745 km²) təşkil edir. Qərbi ada ən böyüsüdür. Ümumilikdə Kaynozoy erasında əmələ gəlmiş vulkanik mənşəlli 90 ada və qaya[6][7]. 37 ada daimi mövcüd sayılır[6]. 2006-cı ildə geoloqlar adaların 4,5 million il bundan əvvəl yaranmasını və hal-hazırda tez eroziyaya məruz olduğunu söylədilər.
Kiçik ərazisi və yerləşdiyi nöqtəsinə görə çox vaxt fırtınalı hava olur. Qışda güclü şimal-qərb küləylərinə görə hərdən gəmilər adaya girə bilmirlər. İlıq dəniz axınları mülayim və nəm iqlimi formalaşdırı. Tez-tez duman olur. Yayda cənub küləylər üstünlük təşkil edir.[8] Adaların ətrafındaki suyun ən aşağı hərarəti payızda 10 °С olur. Avqustda hərarət 25 °С qalxır.[8]
Adalar torpaq və mamırlar ortüylü vulkanik mənşəllidir[6]. Adalarda dəniz flora və faunasından savayı 80 bitki, 22-dən çox quş və 37 cücü növü var. Şirin suyun olması üçün çox balacadırlar. Adanın ərazisi dövlət təbiət yasaqlığı elan olunub. Ətraf akvatoriyada çoxlu balıq var. Adanın ətrafında təbii qaz yataqlarının olması ehtimal olunur.
1970-ci illərin əvvələrində adalarda ağaclar və bəzi gül növləri əkilmişdir. Bu beynəlxalq qanunların adaları rif yox, təbii ada kimi tanımaq üçün tələbidir.[8]
Korayada adalar Ullın qəzasına,[9], Yaponiyada isə Okinoşima şəhərinə (Oki qəzası, Şimane prefekturası) aid olunurlar.
Adalarda daimi əhali yoxdur. 37 cənubikoreyalı polisdən ibarət olan polis sahəsi (sıra ilə qulluqedirlər), Dəniz Təsərrüfatı Nazirliyinin üç inzibati nümayəndəsi və üç mayak mühafizəçisi (sıra ilə qalırlar) adanın əhalisini təşkil edirlər.[8] Əvvəllər adalarda müvəqqəti olaraq bir neçə balıqçı yaşayırdı.[10]
Hal-hazırda adaların suverenliyi səbəbi ilə münaqişə mövcuddur. Koreyalıların tələbləri adaların bəzi tarixi mənbələrdə və xəritələrdə Usando adlı Koreya adaların mövcudluğu əsasında qurulub. Koreyanın nəzər nöqtəsi ilə, onlar hal-hazırkı Liankur adalarına aiddir, yapon tərəf isə onların ən böyük ada olan Ullındonun (울릉도) yaxınlığında yerləşən kiçik Çukto adasına aid olduğunu hesab edir.
Yaponiya adaları Koreyanın anneksiyasından öncə 22 fevral 1905-də rəsmi olaraq öz ərazisinin tərkibinə saldı. Koreyanın Yaponiya tərkibinə salınmasından sonra adalar Koreya general-qubernatorluğunun yox, hələ də Şimane prefekturasının tərkibində idi. Şimane prefekturasının icra hakimiyyəti 22 fevralı "Takeşima günü" elan etdilər.
Hal-hazırkı münaqişə Yaponiyanın öz koloniyalarının suverenliyindən imtina etməsinin Liankur adalarına aid olub-olmadığı əsasında qurulub. Okupasiya qüvvələrin Ali Komandanlığın (SCAP) qərarı ilə, 29 yanvar 1946-cı ilin № 677 təlimatı Liankur adalarını Yaponiyanın suvernliyi dayandırmalı olan ərazilərə aiddir. Lakin yekun San-Fransisko sülh müqaviləsi bunu qeyd etmir.
1954-ci ildən adalarda sahil mühafizəsinin kiçik qarnizonu yerləşir[11].
Bu günə kimi Koreya hökuməti ekoloji səbəbləri bəhanə edib adalara sıravi vətəndaşların və KİV təmsilçilərin ziyarət etməsini əngəlləyirdi. 1982-ci ilin noyabrında adalar təbii abidə elan olundular.
14 iyul 2008-də Yaponiyanın Təhsil, mədəniyyət, idman, elm və texnologiya nazirliyi pedaqoqlar üçün metodik kitabçalarda ilk dəfə olaraq mübahisəli ərazilərə nəzər yetirməyinə müsbət rəy bildirdi. Bu qərar Cənubi Koreyanın Yaponiyadaki səfirinin geri çağırılması və ən azı 104 planlaşdırılmış tədbirin təxirə salınması və ləğv olunmasına gətirdi[11].
10 avqust 2012-də adaları Cənubi Koreyanın prezidenti Li Mön Bak ziyarət edti. O, bunu etmiş ilk Cənubu Koreya prezidenti oldu. Buna Yaponiyanın DİN-in sərt cavabı oldu, Yaponiyanın Cənubu Koreyadaki səfiri müvəqqəti olaraq geri qaytarıldı və Cənubi Koreya səfirinə etiraz bildirildi[11][12][13].