Yapon hörümçək yengəci (lat. Macrocheira kaempferi) — Xərçəngkimilər yarımtipinə, Yengəclər infrodəstəsinə aid olan növ. Buğumayaqlılar tipinə daxil olan ən iri canlılardan biridir. Karapaksı 45 sm, ilk çüt ayaqları arasında məsafə 3 metr olan canlı. Sakit okeanın Yaponiya sahillərində, 50–300 metr[1] dərinlikdə yayılmışdır.
Yapon hörümçək yengəci | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Yapon hörümçək yengəci |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Çəkisi 40 kq. Ayaqsız uzunluğu 80 sm, ayaqları ilə birlikdə 6 metrdir. Erkəklərin gövdəsi dişilərdən daha böyük, ayaqları daha uzundur. 150–800 metr dərinlikdə yaşasalarda, adətən 200–300 metr dərinlikdə daha tez-tez rastlaşırlar. Yumurtlama dönəmində 50 m dərinliyə qədər qalxa bilirlər (yaz mövsümündə).
Əsasən molyusk və heyvan qalıqları ilə qidalanır. 100 il ömür sürə bilirlər[2].
Bu canlılar qida, elmi və dekorativ məqsədlər üçün istifadə edilir. Əsasən iri akvariumlarda saxlanılır.
Yaz ayları onların ovuna qadağa qoyulur.
Yengəcin elmi adı (M. kaempferi) alman səyyahı və naturalisti Engelbert Kempferin şərəfinə verilmişdir. Növ ilk dəfə 1836-cı ildə hollanfd zooloqu Konrad Yakob Temmink tərəfindən qeydə alınmışdır[3].
Macrocheira cinsinə daxil olan və günümüzdə yaşayan yeganə növdür (†M. longirostra и †M. teglandi). Cinsi ya Inachidae[4] ya da Majidae fəsiləsinə daxil edirlər.