Yaponiya konstitusiyası

Yaponiya parlamenti 1947-ci il 3 mayda ölkənin yeni konstitusiyasını qəbul etdi. Konstitusiyaya görə monarxiya rejimi saxlanılırdı. Lakin imperator əvvəlki mütləq hakimiyyətindən məhrum edilirdi. Ali hakimiyyət ümumi səsvermə yolu ilə seçilən iki palatlı parlamentə məxsus oldu. Konstitusiyanın 9-cu maddəsində deyilirdi ki, "yapon xalqı beynəlxalq mübahisələrin həllində bir vasitə kimi millətin suveren hüququ olan müharibədən, həmçinin təhdid etməkdən və silahlı qüvvə tətbiqindən həmişəlik imtina edir". Ümumiyyətlə, konstitusiya o vaxta qədər qəbul olunmuş qanunları əhatə etməklə ölkədə demokratik və qeyri-militarist təməllərin bərqərar olmasını bir daha təsbit etdi.[1]

Yaponiya Konstitusiyasına görə imperator xalqın birliyinin və dövlətin rəmzidir, hakimiyyət xalqın əlindədir. Konstitusiyada göstərilən hallar xaricində İmperatorun hökumətlə bağlı səlahiyyəti yoxdur. İcra səlahiyyəti bütövlükdə Parlament tərəfindən formalaşdırılan və onun qarşısında məsuliyyət daşıyan Nazirlər Kabinetinə aiddir.

Konstitusiya 99 maddədən ibarətdir.

Konstitusiyaya düzəlişlər

[redaktə | mənbəni redaktə et]

Konstitusiyaya düzəliş etmək üçün, onun lehinə Parlamentin hər iki palatasının üzvlərinin 2/3 hissəsi səs verməlidir və xüsusi referendumun əksər elektoratı tərəfindən bu düzəliş təqdir edilməlidir.[2]

  1. Asiya və Afrika ölkələrinin çağdaş tarixi: 1945-2000-ci illər: dərs vəsaiti/ R. İ. İsmayılov, N. Ç. Axundova. I kitab: Uzaq, Cənub-Şərqi, Cənubi və Mərkəzi Asiya ölkələri. Bakı, 2010. s.16
  2. Ə.M.Həsənov, A.İ.Vəliyev Dünya ölkələrinin müasir siyasi sistemləri. Bakı, “Zərdabi LTD”, 2013. s..592-598 http://anl.az/el/Kitab/2014/Azf-273691.pdf Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine