Yaponiya imperatoru

1946-cı ilin noyabr ayında ittifaq qüvvələri tərəfindən parlament formasında razılaşdırılmış idarəetmə və icra orqanlarının əlində hakimiyyətin təmərküzləşməsinin yolverilməzliyi məqsədilə yaradılmış 99 maddədən ibarət Yaponiya Konstitusiyasına görə dövlət başçısı – sırf formal səlahiyyətlərə malik olan və dövlətin və millətin rəmzi sayılan imperatordur. Real hakimiyyət Baş nazirə, onun rəhbərlik etdiyi kabinetə və qarşısında məsuliyyət daşıdığı Parlamentə verilmişdir. Taxt varislik yolu ilə imperator ailəsinin kişi üzvlərinə keçir. İmperator (2019-cu ildən Naruhito) mütləq hakimiyyətə malik deyildir, dövlət işlərinə aid fəaliyyəti Nazirlər Kabinetinin məsləhəti və icazəsi əsasında həyata keçirməlidir.

Səlahiyyətləri

[redaktə | mənbəni redaktə et]

Konstitusiyada göstərilən hallar xaricində İmperatorun hökumətlə bağlı səlahiyyəti yoxdur. Bununla yanaşı İmperator Baş naziri və Ali Məhkəmənin Baş Hakimini təyin edir. Baş nazir əvvəlcə Parlament tərəfindən seçilir və İmperator tərəfindən təsdiq edilir. Baş hakim Nazirlər Kabineti tərəfindən seçilir və daha sonra İmperator tərəfindən təsdiq edilir. İmperatorun qanun və müqavilələri imzalamaq, Parlamentin sessiyalarını çağırmaq və Nazirlər Kabinetinin tövsiyə və icazəsi ilə şərəf nişanı vermək səlahiyyəti vardır. Yaponiya Konstitusiyasına görə imperator xalqın birliyinin və dövlətin rəmzidir. Konstitusiyada göstərilən hallar xaricində İmperatorun hökumətlə bağlı səlahiyyəti yoxdur.[1]

  1. Ə.M.Həsənov, A.İ.Vəliyev Dünya ölkələrinin müasir siyasi sistemləri. Bakı, “Zərdabi LTD”, 2013. s..592-598 http://anl.az/el/Kitab/2014/Azf-273691.pdf Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine