Yaponiya i Rassiya (rus. Япония и Россия; hərf. Yaponiya və Rusiya) – 1905–1906-cı illərdə Yaponiyanın Kobe şəhərində nəşr olunmuş rusdilli həftəlik qəzet. Yaponiyadakı Rus-yapon müharibəsi əsirləri üçün nəzərdə tutulmuş qəzetin 16 sayı nəşr olunmuşdur. Qəzet Sosialist İnqilabçılar Partiyası tərəfindən yaradılmış, baş redaktoru Tsuci İvao olmuşdur.[1]
Yaponiya i Rassiya | |
---|---|
rus. Япония и Россия | |
| |
Növ | həftəlik |
Format | A3 |
Sahibi | Sosialist İnqilabçılar Partiyası |
Nəşriyyat | Kobe Daily News |
Baş redaktor | Tsuci İvao |
Yaranma tarixi | 8 iyul 1905 ) |
Dil | rusca |
Nəşrini dayandırıb | 25 yanvar 1906 |
Şəhər | Kobe |
Ölkə | Yaponiya |
"Yaponiya i Rassiya" qəzetinin ilk sayı 8 iyul 1905-ci ildə Kobedə çıxmışdır. Qəzet "Kobe Daily News" tərəfindən ayda 4 dəfə nəşr olunurdu. Abunəliyin qiyməti bir il üçün 20 yen, bir ay üçün 2 yen təşkil edirdi.
Jurnalın redaktoru ABŞ jurnalisti Corc Kennanın dəvəti ilə Havay adalarından Yaponiyaya gəlmiş rus inqilabçı və siyasi mühacir Nikolay Sudzilovksi olmuşdur.[2] Aleksey Novikov-Priboy qəzetin əməkdaşlarından biri olmuşdur.
Qəzet Yaponiyadakı Rus-yapon müharibəsi əsirləri üçün nəzərdə tutulmuşdu və rus dilində nəşr olunurdu. Qəzetdə rus abunəçilərin, müharibə əsirləri üçün açılmış Yaponiya pravoslav cəmiyyətinin, Müharibə Əsirləri İnformasiya Bürosunun və Nyu-Yorkdakı Rusiya Azadlıq Qardaşları Cəmiyyətinin materialları dərc olunurdu. Bundan əlavə, qəzet yapon dili dərsləri, xəbər teleqramları (xüsusilə, müharibə əsirləri haqqında), fotoşəkillər, döyüş hesabatları, yeni gələn əsirlər, əsirlərin ətraf ərazilərdə səyahəti haqqında məlumatlar yayımlayırdı.
Qəzetdə müxtəlif növ reklamlar nəşr olunurdu. Məsələn, Havay adalarında torpaq satışları, yapon dilindən rus dilinə tərcümə işləri, Yaponiya məhsulları və digər xidmətlər haqqında elanlar yerləşdirilirdi. Bundan əlavə, fabriklər, hotellər ("Osaka" və "Makado"), kitab və musiqi mağazaları, fotokameralar haqqında da reklamlar nəşr olunurdu.
Qəzet təhsil və inqilabi məqalələrin nəşr etməsinə görə fərqlənirdi.[2][3] Qəzetdə dünyanın müxtəlif yerlərində yaşayan rusların həyatı haqqında məqalələr (məsələn, "Sendviç adalarında rus koloniyası") dərc olunurdu.