Yaponiyada anomal istilər (2018)

Yaponiyada anomal istilər (2018) (Yaponiya)
Kumaqaya
41,1 °C
(106 °F)
Yaponiyada anomal istilər.

Yaponiyada anomal istilər2018-ci ilin yay aylarında Yaponiyanın müxtəlif bölgələrində müşahidə olunan yüksək temperatur böhranı. Temperatur böhranı ölkənin cənub-qərbində bir çox insanı evsiz qoyan daşqınlara səbəb olan ağır yağışlardan sonra yaranmışdır.

İyunun sonundan iyulun ortalarına qədər davam edən daşqınlardan sonra Yaponiyada temperatur kəskin artmışdır. Daşqın və torpaq sürüşmələrinin baş verdiyi Hiroşima, EhimeOkayama prefekturalarında 145 nəfər gün vurmasında görə xəstəxanaya müraciət edib. Bu zaman havanın temperaturu 35 °C-ni keçib.[1]

23 iyul 2018-ci ildə Yaponiya Meteorologiya Agentliyi Tokionun 65 km şimal-qərbində yerləşən Kumaqaya şəhərində 41,1 °C temperatur qeydə alıb. Bu, ölkə tarixində qeydə alınmış ən yüksək temperaturdur.[2] Kioto şəhərində isə ardıcıl 7 gün boyunca temperatur 38 °C-dən aşağı düşməmişdir. Bu, hava haqqında qeydlərin tutulmağa başlandığı XIX əsrdən bəri ilk haldır.[3]

9 iyul 2018-ci ildən Yaponiyada azı 44 nəfər anomal istilərdən ölüb.[4] Təkcə 21 iyulda 11 nəfər ölüb.[5] 6 yaşlı məktəbli uşağın çöl tədbirində iştirakı zamanı ölümündən sonra Yaponiya Təhsil Nazirliyi məktəblərə xəbərdarlıq edib.[6]

  1. Hurst, Daniel. "Heatwave grips Japan after deadly floods". The Guardian. 20 July 2018. 15 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2018.
  2. "Record High in Japan as Heat Wave Grips the Region". The New York Times. 23 July 2018. 23 July 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2018.
  3. "Japan heatwave: Warnings issued amid scorching temperatures". BBC. 21 July 2018. 8 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2018.
  4. Ogura, Junko; Enjoji, Kaori; Griffiths, James. "Japan: Deadly heat wave continues as temp hits record 41.4C near Tokyo". CNN. 23 July 2018. 9 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2018.
  5. "At least 11 dead Sat. as heat wave continues to grip Japan". Kyodo News. 22 July 2018. 18 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2018.
  6. "Boy, 6, dies of heatstroke after school outing to Toyota park". Asahi Shinbun. 18 July 2018. 16 October 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]