Yaqub Nəsirli

Yaqub Nəsirli (8 noyabr 1899 – 11 noyabr 1958) — Azərbaycan əsilli türkmən şairi.

Yaqub Nəsirli
Doğum tarixi 8 noyabr 1899(1899-11-08)
Doğum yeri
Vəfat tarixi 11 noyabr 1958(1958-11-11) (59 yaşında)
Fəaliyyəti şair

Yaqub Nəsirli 8 noyabr 1899-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1925-ci ildən Türkmənistanda çap olunurdu. 1941-ci ildə "Şeirlər" adlı toplusu nəşr edilmişdi. 1941-ci ildə cəbhədə "Leytenant oğlu" adlı poema yazmışdı. 1942-ci ildə "İgidlik" adlı əsər ərsəyə gətirdi. 1943-cü ildə "Düşməni vur" adlı toplusu dərc olundu.

Yaqub Nəsirli "Arslan" adlı pyesin müəllifidir. Onun qələmindən xeyli hekayə, uşaqlar üçün yazılar çıxmışdı. O, Səməd Vurğunu, V. Mayakovskini, S. Marşakı və Cambulu türkmən dilinə tərcümə etmişdi.

Yaqub Nəsirli 11 noyabr 1958-ci ildə Krımda vəfat edib.

  • Гошгулар ве поэмалар. [Вступ. ст. А. Ыклымова], Ашгабат, 1959; в рус. пер. — Жизнь. Избр. стихи, Аш., 1952.