Yaqub Nuriyev

Yaqub Nuriyev (azərb. Yaqub Qayubqulu oğlu Nuriyev‎; d.10 iyul 1953, Zəngəzur mahalının Sisyan rayonu) — Azərbaycanın əməkdar jurnalisti.[1]

Yaqub Nuriyev
Yaqub Qayubqulu oğlu Nuriyev
Doğum tarixi (70 yaş)
Doğum yeri Zəngəzur mahalı, Sisyan rayonu, SSRİ
Vətəndaşlığı Azərbaycan AzərbaycanSSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Politexnik İnstitutu
Fəaliyyəti Jurnalist
Mükafatları Əməkdar jurnalist

Yaqub Nuriyev 1953-cü il iyul ayının 10-da Zəngəzur mahalının Sisyan rayonunda anadan olub. 1970-ci ildə Sofulu kənd orta məktəbini bitirərək ali təhsil almaq üçün Bakıya gəlib. Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsində təhsil almaqla bərabər Yeni Bakı Neftayırma zavodunda çilingər işləyib. O vaxtlar zavodun çoxtirajlı “Neftayıran” qəzetində idman mövzusunda çıxışlar edib. 1988-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib və o vaxtdan həmin ali təhsil ocağının “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası” kafedrasının baş müəllimidir.

1974-cü ildən respublika mətbuatı, xüsusilə “İdman”, “Azərbaycan gəncləri”, “Bakı” qəzetləri və Azərbaycan radiosu ilə əməkdaşlığa başlayıb. Radioda müxbirlikdən şöbə müdiri vəzifəsinədək yüksəlib və 2009-cu il oktyabrın 1-dək həmin təşkilatda çalışıb. 6 dəfə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, habelə Azərbaycan İdman Jurnalistlər Assosiyasiyasının mükafatları ilə təltif olunub, dəfələrlə ilin ən yaxşı idman jurnalisti seçilib. 2003-cü ildə “Fəxri bədən tərbiyəsi və idman işçisi”, 2008-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

  1. "Yaqub Nuriyev". 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.