Sisyan rayonu

Sisian[2] və ya Qarakilsə rayonu[3]Ermənistan Respublikasında rayon. Rayon mərkəzi Sisian şəhəridir.

Rayon
Sisian rayonu
İnzibati mərkəz Sisian
Tarixi və coğrafiyası
Yaradılıb 09.09.1930
Ləğv edilib 11 aprel 1995
Əhalisi
Əhalisi 29 768[1] (1989) nəfər
Rəsmi sayt
Sisian rayonu xəritədə

Qarakilsə rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1940-cı il martın 2-nə qədər Qarakilsə rayonu, həmin tarixdən etibarən isə Sisian rayonu adlandırılıb. Ərazisi 1719 kv. km-dir. Rayon mərkəzi Qarakilsə (dəyişdirilmiş adı Sisian) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir.[4]

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Coğrafi vəziyyətinə görə Qarakilsə rayonu dörd tərəfdən Zəngəzur və Bərgüşad silsilələri və Sünik yaylası ilə əhatə olunub. Bazarçay çayı rayon boyu axıb gedir.

İri yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Qarakilsənin 1988-ci ilə kimi azərbaycanlıların yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Qızılcıq, Sofulu, Murğuz, Şıxlar, Ağdü, Vağüdü, Urud, Ərəfsə, Comərdli, Dəstəyurd, Şəki.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Əlili Salvard 03.01.1935
Şıxlar Qızılşəfəq 02.03.1940
Qarakilsə Sisian 02.03.1940
Şenadağ Lernaşen 02.03.1940
Məliklər Spandaryan 04.05.1930
Dərəbas Darbas 10.09.1946
Saybalı Sarnakuk 10.09.1946
Məzrə Bartsravan 10.09.1946
Ağkənd Aşotavan 17.04.1948
Ərəfsə Arevis 03.07.1968
Təzəkənd Tasik 03.07.1968
Urud Vorotan 03.07.1968
Ağdü Aqitu 19.04.1991

Maddi-mədəni irsi

[redaktə | mənbəni redaktə et]

Qarakilsə bölgəsinin çox böyük tarixi var. Burada alban mədəniyyətinə məxsus çoxlu abidə yerləşir. Təəssüf ki, həmin abidələrdən ermənilər öz tarixlərini daha qədimə aparmaq üçün istifadə edirlər. Məsələn, Urud kəndi ərazisindəki qoç heykəlləri bütün dünyaya "ermənilərin daş dövrü abidəsi" kimi təqdim olunur. Ermənilər Qərbi Azərbaycan torpaqlarındakı qəbiristanlıqlarda orta əsr Azərbaycan ustaları, bədii daşyonma sənətkarları tərəfindən yaradılmış daş qoç və qoyun heykəllərini daşıyaraq İrəvan şəhərinə aparmış, onların üstündə həkk edilmiş — Azərbaycan xalqına məxsus kitabə və təsvirləri məhv edərək erməniləşdirmişlər. Qarakilisə rayonunun Urud kəndindən aparılmış qoç heykəllərin aqibəti də bu cür olmuşdur.

Qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycan ərazisinin tarixi, mədəni, dini, memarlıq abidələri ilə zəngin bir bölgə — Zəngəzur mahalının Qarakilsə rayonu ərazisindəki eramızdan əvvəl II minilliyə aid Qoşundaş tikili qalıqlarını, Zəngəzurun Səlim keçidi adlanan yerdə tikilmiş karvansaranı, Qaraqoyunlu dövlətində Çuxur-Səəd əmirlərinə aid Cəfərabad türbəsini, XIX əsrin sonunda 8-ci İmam Rzanın nəvəsi Mir Davudun və Qara Vəli kəndində Seyid Əhmədin məqbərələrini qeyd etmək olar.

Azərbaycanın sözügedən bölgəsində çoxlu sayda müqəddəs inanc obyektləri olmuşdur. XX əsrin əvvəlində Zəngəzurİrəvan quberniyasında 391 məscid fəaliyyət göstərirdi.

Eramızdan əvvəl V–II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi-Qarqadaşı yazıları ilə Orxan-Yenisey kitabələrinin dil və əlifba eyniliyi, qədim saray, qala və məbədlərin müxtəlif tarixi mənbələrdə əbədiləşən adları bu ərazilərin ən qədim dövrlərdən üzü bəri türk-oğuz boylarının ana yurdu olduğuna heç bir şübhə yeri qoymur. Kompleks antropoloji-arxeoloji tarixi tədqiqatlar göstərir ki, Cənubi Qafqaz regionunda heç vaxt erməni dövləti olmayıb. Hətta açılan qədim qəbirlərdəki insanların kəllə sümükləri də bu ərazidəki etnosların yalnız türk-oğuz tayfaları olduğunu sübut edir. Arxeoloji qazıntılar zamanı Qafqaz ərazisində ermənilərə aid heç bir mədəniyyət abidəsi tapılmayıb.

  1. "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..
  2. Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.
  3. Karte des Kaukasischen isthmus. Entworfen und gezeichnet von J. Grässl. 1856
  4. "Qarakilsə". 2012-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]