Yaqub paşa Kəngərli

Kəngərlinski Yaqub paşa İsmayıl oğlu (1877-1.9.1937) - repressiya qurbanı, həvəskar aktyorlar[1]

Yaqub paşa Kəngərli
Kəngərlinski Yaqub paşa İsmayıl oğlu
Doğum tarixi (87 yaş)
Doğum yeri Naxçıvan
Vəfat səbəbi Repressiya qurbanı
Atası İsmayıl ağa Kəngərli
Milliyyəti Azərbaycanlı

Yaqub paşa Kəngərlinski 1877 ci ildə Naxçıvanda doğulmuşdur. Yaqub Paşa cəmi dörd sinif oxusa da, elmlərə bələd, siyasətdən baş çıxaran bir adam kimi tanınmış, ərəb, fars, rus dillərini və osmanlıcanı bilməsi ilə seçilmişdi. İran və Osmanlı ziyalıları ilə əlaqələr saxlayan, zəngin kitabxana yaradan Yaqub Paşa Kəngərli rus şərqşünası Konstantin Smirnova “Naxçıvan elinin tarixi və etnoqrafiyasına dair materiallar” kitabını yazmaqda kömək göstərmişdir. 1918-ci ilin qanlı erməni basqınlarının qarşısının alınmasında ağıl və hünəri ilə fərqlənmişdi. Belə bir mühitdə və huşyar ailədə böyüyən Nəsrulla sovet dovrünün ilk illərində məktəb təhsili almış, 1929-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu və 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) memarlıq-inşaat fakültəsini bitirdikdən sonra muxtar respublikanın kəndlərində dərs demişdi. Yaqub Paşa isə sovet quruculuğunda fəal iştirak etsə də İran vəTürkiyə ilə əlaqə saxlamaqda şərlənib güllələnmişdi. Ailə Qazaxıstana sürgün olunmuş, yalnız 1964-cü ildə vətənə qayıda bilmişdi.[2]

Nəsrulla Kəngərlinin atası İsmayıl ağa Kəngərlinin oğlu, Bəhruz Kəngərlinin dayısı.

  1. [1]
  2. "Arxivlənmiş surət". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19.