Yarış durumu

Yarış durumu (ing. race condition) – çoxaxınlı sistem və ya tətbiqi proqramın düzgün layihələndirilməməsi nəticəsində yaranan xətadır. Belə ki, sistemin, yaxud tətbiqi proqramın işi kodun hissələrinin hansı ardıcıllıqla yerinə yetirilməsindən asılı olur. Məsələn, Java dilindəki aşağıdakı kod nümunəsinə baxaq:

int x;

// Axın 1: while (!stop) {

 x++;
 …

}

// Axın 2: while (!stop) {

 if (x%2 == 0)
   System.out.println("x=" + x);
 …

}

Tutaq ki, x = 0. Fərz edək ki, proqramın icrası bu ardıcıllıqla baş verir:

1. Axın 2-də if operatoru x-in cüt olub-olmamasını yoxlayır. 2. Axın 1-də x++ operatoru x-i bir vahid artırır. 3. Axın 2-də çıxış operatoru çıxışa "x=1" verir, baxmayaraq ki, cütlük yoxlamasından keçdiyindən çıxış tək ədəd olmamalı idi. Belə vəziyyətdən çıxmağın ən sadə yolu x dəyişənini başqa bir lokal dəyişənə köçürməkdir. // Axın 2: while (!stop) {

 int cached_x = x;
 if (cached_x%2 == 0)
   System.out.println("x=" + cached_x);
 …

}

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]