Yarımkol sekurineqa

Yarımkol flyuggeya (lat. Flueggea suffruticosa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin flyuggeya cinsinə aid bitki növü.

Yarımkol flyuggeya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Koreya, Mancuriya, Şimal-Şərqi Çin, Xabarovsk, Amur vilayətlərində bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,5-3 m olan, şaxələnmiş, çoxsaylı düz, çılpaq budaqlı, yarpağını tökən koldur. Yaşlı budaqları açıq-sarı, cavan budaqları isə yaşıldır. Cavan zoğları nazik, açıq-yaşıl və ya açıqyaşılımtıl-sarıdır. Govdələrinin qabığı boz rəngdədir. Yarpaqları növbəli düzülüşlü, ellipsvari və ya yumurtavaridən yumurtavari-lansetşəkilliyə kimi dəyişir, çılpaqdır, 2-7 sm uzunluqda, 0,6-3,5 sm enində, üstdən tünd və ya sarımtıl yaşıl, altdan açıq rəngdədir. İyun-avqust aylarında çiçəkləyir. Çiçəkləri yaşılımtıl-ağ, yaxud yaşılımtıl-sarı olub, ləçəksizdir. Erkəkcikləri 3-12 ədəd yarpaq qoltuğunda yerləşir. Dişi çiçəklər tək-tək və bəzən 3-8 ədəd bir yerdə, 1 sm-ə qədər uzunluqdadır. Meyvəsi 3 yuvalı, 6 toxumlu qutucuqdur, diametri 5 mm-ə çatır. Hər yuvada 2 toxum vardır. Toxumu üçkünc, hamar, nazik qabıqlı, uzunluğu təxminən 2 mm-dir. Meyvəsi sentyabr-oktyabrda yetişir. Toxumla və qələmlə çoxaldılır.

Quraqlığadavamlı, daşlı yamaclarda, qumlu-çınqıllı yerlərdə, meşədə bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mərdəkan dendrarisində introduksiya edilmişdir. Azərbaycanın bəzi rayonlarında mədəni şəraitdə rast gəlinir.

Yarpaqlarında və uc gövdələrində, 0,15-0,4 % suffrutikodin, suffrutikonin, allosekurinin, diqidrosekurinin, sekurinollar, aşı maddələri, nişasta və amin turşuları vardır. Çox yaxşı çiçəkləyir və bol meyvə verir.