Yar Əli

Yar Əli vəya Yâr Əli Barani (Farsca : یار علی) Qara Məhəmməd'in oğlu Qaraqoyunlu hökmdarı Qara Yusifin qardaşı və (1396-1403) illəri arasında Qaraqoyunluların Mosul Hakimidir.

Yar Əli
1396 – 1403
Şəxsi məlumatlar
Doğum yeri Ərciş
Vəfat tarixi
Vəfat yeri Bağdad
Atası Qara Məhəmməd

Qara Məhəmmədin 4 oğlu var idi, Yar Əli , Misir Xoca , Qara Yusif , Bayram bəy [1] qardaşı Bayram bəy atası Qara Məhəmməd ilə birlikdə döyüşdə öldürülmüşdür. Yar Əli Qara Yusif'in Ərciş döyüşü daxil olmaqla 1403-cü ilə qədər olan bütün hərbi yürüşlərində iştirak etmişdir.[2] Yar Əli'də qardaşı Qara Yusif kimi cəsarətli idi , Odur ki Əmir Teymurun ən güclü sərkərdələrindən olan Atlamışı məhz o əsir almışdı.[3][4] Əsir alınan Atlamış Misir dövləti tərəfindən həpsə atıldı.[5] Qara Yusif 1396-cı ildə Mosul şəhərini Teymurilərdən alaraq qardaşı Yar Əli'yə verdi.[6][7]Daha öncə bu şəhəri Berdi Xoca oğlu Yar Əli tərəfindən idarə olunurdu və bu bəydə Əmir Teymura bağlılıq bildirmişdi.[8]

Qara Yusifin az saylı qoşunu ilə böyük Teymuri qoşunu arasındaki müharibədə Yar Əli'də Qaraqoyunlu ordusunda idi.Qara Yusif ilk gələn 30 minlik orduyu məğlub etsədə ikinci gələn 100 min orduya məğlub oldu. [9][10] Qara Yusif ilə Yar Əli bu döyüşdə görülməmiş igidlik göstərsədə Yar Əli Teymuri qoşunu tərəfindən mühasirəyə alınaraq atdan salındı və öldürüldü [11]

  1. Əkbər N. Nəcəf,Qara Yusif s.23
  2. Kazanasmaz,Kara Yusuf ve Zamanı s.56
  3. Metsopski, Timurlenk ve Haleflerinin Tarihi, 21-22
  4. Sümer, Kara Koyunlular, I, 59.
  5. 223 Varlık, “Karakoyunlular”, s. 449.
  6. İbn Hacer, Yeni cami,s.87
  7. Mustafa Yasin,Kara Yusuf ve dönemi s.44
  8. Sümer, Kara Koyunlular,I. S.60
  9. Tofiq Nəcəfli,Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri s.59
  10. İbn H a cer, İnbfı ul-gumr, Siileymaniye, Yeni Cami Ktbnr. 814;
  11. Ali Yezdi,Zafername Emir Timur s.422