Yaradılış sütunları

NGC 6611-dəki Yaradılış sütunları

Yaradılış sütunlarıYer kürəsindən 6500-7000 işıq ili uzaqlığında olan NGC 6611-dəki ulduzlararası qaz və tozun fil xortumlarının Habbl teleskopu tərəfindən çəkilmiş fotosu.[1] Qaz və toz yeni ulduzların yaranması prosesində iştirak etdiyinə və yaxınlıqda yeni formalaşan ulduzlardan gələn işıq ilə aşındığına görə buraya belə bir ad verilib.[2] 1 aprel 1995-ci ildə çəkilən foto Space.com tərəfindən Habblın çəkdiyi ən yaxşı 10 fotodan biri adlandırılıb.[3] Fotodan məsul astronomlar Arizona Ştat Universitetindən Ceff Hester və Paul Skavndır. 2011-ci ildə region Avropa Kosmik Agentliyinin Herşel Kosmik Teleskopu tərəfindən yenidən ziyarət edilib.

Tərkibi[redaktə | mənbəni redaktə et]

Sütunlar sərin molekulyar hidrogen və tozdan təşkil edilmişdir, hansı ki, nisbətən yaxın və isti ulduzların ultrabənövşəyi şüalarının səbəb olduğu fotobuxarlanma nəticəsində aşınmışdır. Ən soldakı sütunun uzunluğu təxminən 4 işıq ilidir.[4] Buludların yuxarısındakı barmağa bənzər çıxıntılar bizim Günəş sistemindən böyükdür və görünmələrinin səbəbi buxarlaşan qaz kürəciklərinin kölgəsidir, hansı ki qazı gərgin ultrabənövşəyi axından qoruyur.[5] Buxarlaşan qaz kürəcikləri yeni ulduzların inkubatorudur.[6] Onlardan çıxan ulduzlar daha sonra buxarlaşır.

Fərz edilən dağılma[redaktə | mənbəni redaktə et]

Spitçer Kosmik Teleskopu tərəfindən çəkilən şəkillər "Yaradılış sütunları" yaxınlığında isti toz buludunu aşkar etdi. Nikalas Flagi bunun ifrat yeni ulduzun yaratdığı şok dalğası olduğunu hesab edir.[7] Buludun görünüşü ifrat yeni ulduzun 6000 il əvvəl püskürdüyü göstərir. Yaradılış sütunlarına olan məsafə təqribən 7000 işıq ili olduğundan onlar artıq dağılmış ola bilər, ancaq işıq məhdud bir surətdə hərəkət etdiyindən bu dağılma Yerdə təxminən 1000 il sonra görünməlidir.[8] Ancaq isti tozla əlaqəli bu şərh Spitçer müşahidələrinə qatılmayan astronom tərəfindən etirazla qarşılanıb. Onun fikrincə, ifrat yeni ulduz müşahidə edilə biləcək daha güclü radio və rentgen şüalarına səbəb olmalı idi və iri ulduzlardan gələn küləklər onun əvəzinə tozu qızdıra bilər. Əgər bu doğrudursa, “Yaradılış sütunları” daha yavaş eroziyaya məruz qalacaq.[9]

Fotolar[redaktə | mənbəni redaktə et]

Habbl teleskopunun fotosu[redaktə | mənbəni redaktə et]

Habbl teleskopunun fotosu onun üzərində yerləşən Wide Field and Planetary Camera 2-dəki dörd ayrı kamera tərəfindən çəkilmiş[10] 32 təsvirdən ibarətdir.[11][12] Foto buluddakı müxtəlif elementlər tərəfindən verilən işıqdan alınıb: hidrogen üçün yaşıl, ayrıca ionlaşmış kükürd üçün qırmızı və iki dəfə ionlaşmış oksigen atomları üçün mavi.[2]

Fotonun yuxarı sağ hissəsinin “pilləkən şəkilli”,[10] yarımçıq olmasının səbəbi odur ki, yuxarı sağ kvadrat üçün istifadə edilən kameranın görüş sahəsi böyüdülmüş idi; onun çəkdiyi şəkillər digər şəkillərlə uyuşması üçün kiçildilir və bu da kvadratın bir hissəsində boşluq yaradır.[10] Bu effekt digər dörd kameralı Habbl şəkillərində də görünür və şəklin ictimaiyyətə təqdimatı üçün istiqamətləndirilməsindən asılı olaraq fotonun istənilən küncündə ola bilər.[13]

Herşel Kosmik Teleskopunun fotosu[redaktə | mənbəni redaktə et]

2011-cü ildə Herşel Kosmik Teleskopu “Yaradılış sütunları”nın uzaq infraqırmızı dalğa uzunluğunda şəklini çəkdi. Bu şəkil astronomlara sütunların və regiondakı strukturların içərisinə baxmağa və NGC 6611-dəki yaradıcı və dağıdıcı qüvvələri daha yaxşı başa düşməyə imkan verdi.[14]

Habbl teleskopunun ikinci səfəri[redaktə | mənbəni redaktə et]

Habblın fəaliyyətinin 25 illiyi münasibətilə astronomlar “Yaradılış sütunları”nın daha böyük və keyfiyyətli fotosunu yığdılar. Bu foto 2015-ci ilin yanvarında Sietlda Amerikan Astronomik Cəmiyyətinin görüşündə təqdim edildi. Şəkil Habbl teleskopunun Wide Field Camera 3-ü tərəfindən çəkilmiş və yaxın infraqırmızı və görünən işıq istifadə edilərək istehsal edilmişdir.[15]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Clavin, Whitney. "'Elephant Trunks' in Space". December 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 9, 2011.
  2. 1 2 Embryonic Stars Emerge from Interstellar "Eggs" Arxivləşdirilib 2016-12-11 at the Wayback Machine, Hubble news release
  3. Best Hubble Space telescope images from Space.com. [archived copy]
  4. "NOVA | Origins | The Pillars of Creation image 1". PBS. 2018-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-13.
  5. "The Birth of Stars". Csep10.phys.utk.edu. 2019-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-13.
  6. "A Stunning View Inside an Incubator for Stars - New York Times". Nytimes.com. 1995-11-03. 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-13.
  7. Flagey, Nicholas; və b. "The Eagle Nebula Unveiled by the Spitzer/MIPSGAL Survey" (PDF). Bulletin of the American Astronomical Society, Vol. 41, p.37January 2009Flagey, Nicolas; Carey, S.; Boulanger, F.; Compiegne, M.; Noriega-Crespo, A.; Paladini, R.; Shenoy, S. The Eagle Nebula Unveiled by the Spitzer/MIPSGAL Survey" "American Astronomical Society, AAS Meeting #213, #324.01" Bulletin of the American Astronomical Society, Vol. 41, p.37January 2009. 41 (1). January 2009: 37. 2010-06-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-03-12.
  8. Lovett, Richard. "Photo in the News: Supernova Destroys "Pillars of Creation"". January 22, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 13, 2011.
  9. Shiga, David. "'Pillars of creation' destroyed by supernova". January 10, 2007. July 8, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 4, 2012.
  10. 1 2 3 "NOVA | Origins | The Pillars of Creation image 2". PBS. 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-13.
  11. "NOVA | Origins | The Pillars of Creation image 3". PBS. 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-13.
  12. "NOVA | Origins | The Pillars of Creation image 1". PBS. 1995-04-01. 2019-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-13.
  13. for example, this image Arxivləşdirilib 2013-12-13 at the Wayback Machine of Seyfert's Sextet has the effect at bottom-left corner
  14. "Revisiting the 'Pillars of Creation'". NASA. 2012-01-18. 2019-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-20.
  15. "Hubble Goes High-Definition to Revisit Iconic 'Pillars of Creation'". NASA. 2015-01-05. 2020-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-06.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]