Yarpaq tökümü (roman)

Yarpaq tökümü — Məşhur Türkiyə yazıçısı Rəşad Nuri Güntəkinin ilk dəfə 1930-cu ildə nəşr edilmiş romanı.

Yarpaq tökümü
türk. Yaprak Dökümü
Romanın 2015-ci il azərbaycanca nəşrinin üz qabığı
Romanın 2015-ci il azərbaycanca nəşrinin üz qabığı
Müəllif Rəşad Nuri Güntəkin
Janr Roman
Orijinalın dili Türkcə
Ölkə

{{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink =

}}
Orijinalın nəşr ili 1930
Tərcüməçi Vaqif Sultanlı (1994), K.Əliyeva (2006)
Nəşriyyat Azərbaycan Ensiklopediyası nəşriyyatı (1994), "Nurlan" nəşriyyatı (2006), "Çinar-çap" nəşriyyatı (2007), "Kitab klubu" nəşriyyatı (2015)
Cild Yumşaq
Səhifə 224 (1994)
176 (2015)
Tiraj 10.000 (1994-cü il nəşri)

Məzmun[redaktə | mənbəni redaktə et]

Yarpaq tökümü romanında maddi durum üzündən pis yollara düşən bir ailədən bəhs edilir.

Evin bəyi olan Əli Rza bəy həmişə öz ailəsini öz himayəsi altında saxlamaq istəyir, lakin buna nail ola bilmir.

Əli Rza bəyin özü kimi təmiz qəlbli Xeyriyyə adlı arvadı var.

Onların 5 uşağı olur...

Tərcümə[redaktə | mənbəni redaktə et]

"Yarpaq tökümü" romanı ilk dəfə Vaqif Sultanlı tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş Bakıda "Karvan" dərgisində (1990, XII kitab, s.27-73) dərc olunmuşdur.Vaqif Sultanlının tərcüməsi 1994-cü ildə Azərbaycan Ensiklopediyası Nəşriyyat-poliqrafiya Birliyində, Dəyirman romanı ilə birlikdə kiril əlifbasında 10.000 nüsxədə kitab kimi nəşr olunmuşdur. Həmin tərcümə əsasında roman 2007-ci ildə "Çinar-çap" nəşriyyatında üçüncü dəfə latın qrafikası ilə 500 nüsxədə yayınlanmışdır.

2006-cı ildə roman K.Əliyevanın tərcüməsində "Nurlan" nəşriyyatında 300 nüsxədə nəşr olunmuşdur. Həmin tərcümə əsasında roman 2015-ci ildə Bakı Kitab Klubunda 176 səhifədə, 100 tirajla çap edilmişdir.[1]

Nəşr[redaktə | mənbəni redaktə et]

  • Rəşad Nuri Güntəkin. Yarpaq tökümü (Çevirəni: Vaqif Sultanlı), "Karvan" dərgisi, XII kitab, Bakı: 1990, s.27-73 (10.000 nüsxə)
  • Rəşad Nuri Güntəkin. Yarpaq tökümü. Dəyirman (Çevirəni: Vaqif Sultanlı), Bakı: Azərbaycan Ensiklopediyası Nəşriyyat Poliqrafiya Birliyi, 1994, 224 s (10.000 nüsxə)
  • Rəşad Nuri Güntəkin. Yarpaq tökümü (Tərcümə edəni: K.Əliyeva), Bakı: "Nurlan" nəşriyyatı, 2006, 130 s. (300 nüsxə)
  • Rəşad Nuri Güntəkin. Yarpaq tökümü (Çevirəni: Vaqif Sultanlı), Bakı: "Çinar-çap" nəşriyyatı, 2007, 130 s. (500 nüsxə)
  • Rəşad Nuri Güntəkin. Yarpaq tökümü (Tərcümə edəni: K.Əliyeva), Bakı: "Kitab klubu" nəşriyyatı, 2015, 176 s. (100 nüsxə)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bakı Kitab Klubu. "Yarpaq tökümü" (az.). kitabklubu.org. 2015. 2017-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.


Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]