Türk ədəbiyyatı — Qədim dövrdən günümüzədək türk xalqının ədəbiyyatı.[1]
|
Türklərin ana vətəni Orta Asiyadakı mədəni yaradıcılığının hamısı bu günə qədər gəlib çıxmayıb. Türk dilində ilk yazılı əsərləri 6-cı əsrdən qaldığını nəzərə alsaq bu dövrün ədəbiyyatı ilə bağlı əsas sənədlərin əldə olmadığını deyə bilərik.
Mahmud Kaşğari nin 11-ci əsrdə yazdığı "Divanü Lüğat-it-Türk" (Türk dilləri Sözlüyü) adlı kitabında dövrün şifahi əsərləri yazılı şəkildə özünə yer tapıb. Şifahi ədəbiyyat ənənəsində şeir ilk yerdə durur. Kam, baksı, ozan, şaman adlandırılan ilk şairlər qopuz deyilən simli bir alətin müşayiəti ilə şeirlərini səsləndirirdi. Aprınçur Tigin, Çuçu, Kül Tarkan, Çisuya Tutunq, Asıq Tutunq Sunqku Seli və Kalim Keyşi əsərlərindən nümunələr olan ilk şairlər arasındadır.
İlk türkcə yazılı əsərlər 6-cı əsrdən qalan Yenisey yazıları və 8-ci əsrdən qalan Orxun yazılarıdır. Xüsusi ilə Şer dilində yazılmış olan Orxun yazıları türk dünyasının ümumi yaşamı, mədəniyyət və sənət sahəsində müxtəlif istiqamətlərdən əngin bilgilərlə boldur.
Qaraxanlı hökmdarı Satuk Uğra xanın 10-cu əsrdə İslam dinini qəbul etməsindən sonra Türk dünyası yeni bir mədəniyyət mühitinə daxil olmağa başladı. Qərbə köç edən Türk tayfaları bu mədəniyyətin təsirlərini ədəbiyyat dünyasına da gətirdilər. Mahmud Qaşqarlı Divani Lüğətit Türkü ərəblərə Türkcə öyrətmək məqsədilə hazırladı. Yusif Has Hacib İslam ölkələrini ehtiva edən bir dövlət fəlsəfəsini Kutadqu Bilik (11-ci əsr) adlı əsərində işləyib hazırladı. Əlişir Nəvai cığatayca zəngin bir mədəni və sənət dili yaratdı. Anadoluya gələn Türk tayfaları burada yeni bir ədəbiyyat ənənəsinin formalaşmasında böyük rol oynadılar. Anadoluda ilk nümunələrini 13-cü əsrdən başlayaraq yarcndığı qəbul edilən bu ədəbiyyat ənənəsi iki sahədə inkişaf etmişdir:divan ədəbiyyatı və xalq ədəbiyyatı.
Divan ədəbiyyatı: Osmanlı dövründə xüsusilə mədrəsədə təhsil alanların ərəb və daha çox fars ədəbiyyatı nümunəsində inkişaf etdirdikləri ədəbiyyat ənənəsi ümumi olaraq "Divan ədəbiyyatı" adı ilə öyrənilir. Buna "zümrə ədəbiyyatı", "ümməti çağı Türk ədəbiyyatı" adını verənlər də var. Divan ədəbiyyatının yarandığı dövrdə (13-15-ci əsrlər) fars təsirləri üstünlük təşkil edirdi. İlk şairlər (Əhmədi Dai, Kadi Bürhanəddin, Şeyxi) əsasən dini şeirlər yazırdı. Keçid dövründə (15-16-cı əsrlər) saray və onun ətrafında olanlar bu növ ədəbiyyatı xüsusi ilə dəstəkləmirdi. Divan ədəbiyyatının inkişaf dövründə (16-18-ci əsrlər) təsir dövründən müstəqil yaradıcılıq dövrünə qədəm qoyulduğu müşahidə olunur. Klassik formalara yerli əsasların uyğunlaşdırılmasına cəhd göstərilir,yeni tərzlər, xüsusilə də "Şebki Hindi" adlanan bir şeir tərzi yaradılmışdı (Məhəmməd Füzuli, Baqqi, Bağdadlı Ruhi, Yusif Nabi, Nəfi,Nədim, Şeyx Qalib, Övliya Çələbi, Naima, Veysi, Nərgisi)
Xalq ədəbiyyatı: Müəllifləri məlum olmayan və ya bilinməyən xalq hekayələri, nəğmələri, maniləri, atalar sözləri, tapmacalar, oyunlərı xalq ədəbiyyatının bir hissəsini yaradır. Təkkə ədəbiyyatı xalq ədəbiyyatının dini formalı növüdür. Təkkə şeirləri ilahi, nəfəskim xüsusi bəstələrlə oxunurdu. Bu ədəbiyyatın dili ərəb və farsca olsa da asan başa düşülürdü. Dördlük nəzm forması və heca ölçüsü sonuna qədər istifadə olunmuşdur. Bu ədəbiyyatın ən önəmli nümayəndələri Yunus Əmrə, İmadəddin Nəsimi, Qayğusuz Abdal, Hacı Bayram Vəli, Şah İsmayıl Xətai, Pir Sultan Abdal dır.
Xalq ədəbiyyatının bir başqa sahəsi olan aşıq ədəbiyyatı 16-cı əsrdən günümüzə qədər olan bir dövrü əhatə edir. Aşıq deyilən xalq ozanları adətən sazları ilə Anadolunu gəzərək həm bir ənənə yaratmış, həm də var olmağa çalışmışdılar. Qaracaoğlan, Aşıq Ömər, Gövhəri, Dərdli, Ərzurumlu Əmrah, Bayburdlu Zehni, Rühsəti, Sümmani, Aşıq Veysəl, Əli İzzət Ozkan ı onlara nümunə göstərmək olar.
Türk (Osmanlı) toplumunda 18-ci əsrdən sonra qərb mədəniyyətini mənimsəmək istiqamətində bir sıra işlər görülmüşdür. Hərbi və siyasi sahədəki inkişaf bir müddət sonra ədəbiyyata də təsir göstərməyə başladı. Xüsusən də qərbi görən və bura ilə yaxından tanış olan ədəbiyyatçılar yeni bir ədəbiyyatın ilk müjdəçiləri oldular. Qərb təsiri nəticəsində formalaşan türk ədəbiyyatının başlanğıcı kimi Tərcümani Əhval (1860) qəzetinin nəşri qəbul edilməkdəir. Çünki bu qəzet rəsmi, ya da yarı rəsmi bir orqan deyil, özəl şəkildə dərc edilən ilk türk qəzeti idi. Belə bir şəkildə başladığı qəbul edilən yeni dövr ədəbiyyatı aşağıdakı dövrlər üzrə öyrənilir: Tanzimat dövrü, Sərvət-i Fünun dövrü, Fecr-i Ati dövrü, Milli ədəbiyyat dövrü, Cümhuriyyət dövrü və sonrakı dövr.
Namiq Kamal, Şinasi, Əhməd Midhad, Ziya Paşa, Mahmud Əkrəm, Əbdülhalq Həid Sami Paşazadə Sezai və başqaları
Recaizade Mahmud Ekrəm, Tofiq Fikrət, Cənab Şəhabəddin, Xalid Ziya Uşaqlıgil, Mehmet Rauf və başqaları
Əhməd Həşim, Emin Bülend Serdaroğlu, Hamdullah Sübhi Tanrıöyər, Fuad Köprülü, Yaqub Qədri Qaraosmanoğlu və başqaları
Ömər Seyfədin, Mehmed Akif Ersoy, Xalide Edip Adıvar, Rəşad Nuri Güntəkin və başqaları
Ziya Osman Səba, Yaşar Nəbi Nayir, Nazim Hikmət, Orxan Vəli Kanık, Oktay Rifat, Cahid Qüləbi, Hüseyn Rəhmi Günpinar, Peyamr Safa, Kamal Tahir, Əziz Nesin, Necati Cümali, Selim İleri, Fakir Baykurt və başqaları.