Yastıqarınlar

Yastıqarınlar cinsi (lat.Blicca Heckel)- çəkiyəbənzərlər dəstəsinin bir nümayəndəsidir. Bədən formasına görə cavan çapaqları xatırladır, ancaq nisbətən iri və kipyapışan pulcuqları, daha gödək anal üzgəci ilə onlardan fərqlənir, onun 19-23 şaxəli şüası var. Bədəni hündür, udlaq dişləri iki cərgəlidir, sayı 2,5-5,2 və ya 3,5-5,3 və ya 3,5-5,2 olur. Dişlər yanlardan çox basıqdır, çeynəmə səthi azca çəpəki və aypara şəklindədir. Qarın tili çılpaqdır. Peysərin gerisində az və ya çox inkişaf etmiş pulcuqla örtülü olmayan şırım vardır. Qarın üzgəclərinin gerisində pulcuqla örtülü olmayan omurğa olur. Periton pərdəsi açıq rənglidir.[1] Cinsdə olan 1 tipik Avropa növü Baltik, Qara, Azov və Xəzər dənizləri hövzələrində yayılmışdır. Cinsin adi yastıqarın adlı bir növü məlumdur. Zaqafqaziya sularında, o cümlədən Azərbaycanda Zaqafqaziya yastıqarını adlı növaltı əmələ gətirib.

Yastıqarınlar
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin
  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 113.
  2. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı, 2007, s 236.
  3. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 156 s.

Çəkiyəbənzərlər

Çəkikimilər_fəsiləsi

  1. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 156 s.