Yat-Kha – Tuva musiqi qrupu, Tuva vokalist və gitaristi olan Albert Kuvezin qrupun əvəzolunmaz iştrakçısı və lideridir. Qrupun musiqisi Tuva milli musiqi, rok-musiqi (əvvəlki illərində elektronik musiqi) və Kuvezinin qırtlaq musiqisindən təşkil olunmuşdur.[1]
Yat-kha | |
---|---|
Ümumi məlumatlar | |
Vətəndaşlığı | Rusiya |
Musiqiçi məlumatları | |
Fəaliyyət illəri | 1992-indiyə qədər |
Janrlar | milli musiqi, rok musiqi, etno-elektronika |
Musiqi aləti | gitara |
Səs tembri | qırtlaq musiqi |
yat-kha.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Yat-Kha 1992-ci ildə Moskvada Kuvezin və rus elektronik bəstəkar İvan Sokolovski tərəfindən yaradılmışdır. Qrup yaradılarkən Tuva xalq musiqisi, müasir ritmlər və elektronik musiqi birləşdirilmişdir. Kuvezin və Sokolovski bir çox festivallarda iştrak edəndən sonra Yat-Kha adını aldılar. 1992-ci ildə General Records firması ilə Yat-Kha adı altında albom çıxartdılar.[1]
Yat-Kha albomunun çıxışından sonra Kuvezin və Sokolovski ayrıldılar və Kuvezin başqa sənətkarlarla Yat-Kha adı altında yeni beş albom çıxartdı. 1995-ci ildə morin khuur çalan Aleksey Saaya ilə Yenisey Punk albomunu çıxartmışdılar. Əvvəlki Yat-Kha albomunu bəzi mahnılar əlavə edib 1996/1997-ci illərdə Tundra’s Ghosts adı altında çıxartmışdır.
Albomlar: