Yavər Əsədov

Yavər Şahsuvar oğlu Əsədov (1956, Cəbrayıl rayonu) — rəssam, xəttat, Əməkdar mədəniyyət işçisi[1]

Yavər Əsədov
Doğum tarixi 1956
Doğum yeri
Fəaliyyəti rəssam
Təhsili
Üzvlüyü
Mükafatları Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

Həyatı[redaktə | mənbəni redaktə et]

Yavər Əsədov 1956-cı ildə Cəbrayıl rayonunda anadan olub. 1975-ci ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1981-ci ildən SSRİ Jurnalistlər İttifaqınınSSRİ Rəssamlar İttifaqının üzvüdür. "Kommunist" qəzetində uzun illər baş rəssam kimi fəaliyyət göstərib. 2000–2004-cü illərdə "Zarafat" satirik qəzetini yaradıb və onun baş redaktoru olub. Respublikada və xaricdə keçirilən sərgilərin iştirakçısı və mükafatçısıdır. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin idarə heyətinin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. Hazırda Dövlət Universitetində pedaqoq kimi fəaliyyət göstərir.

Ailəlidir, dörd oğlu, bir qızı var.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Səddam Hüseynin qızıl saat verdiyi xəttat: "Baba Pünhanı şöbə müdiri təyin etmişdim"". 2023-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-04.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]