Yavantrop və ya Ngandong və yaxud soloy (lat. Javanthropus soloensis) — qazıntı adamı. Yava adasında, Ngandong yaxınlığındakı Solo çayı vadisində tapılmışdır. Yavantropda həm arxantropların, həm də paleoantropların morfoloji xüsusiyyətləri var. Buna görə də bəzi tədqiqatçılar yavantropu "soloy" pitekantropu, digərləri isə "soloy" paleoantropu adlandırır. Antropologiyaya aid ədəbiyyatda sonuncu daha çox işlədilir.