Yavuz İsmayıl oğlu Rüstəmov (9 may 1933, Ordubad, Naxçıvan MSSR – 8 oktyabr 2019, Bakı) — texnika elmləri doktoru (1984), professor (1994), AMEA-nın müxbir üzvü (2001).[1][2][3]
Yavuz Rüstəmov | |
---|---|
Yavuz İsmayıl oğlu Rüstəmov | |
Doğum tarixi | 9 may 1933 |
Doğum yeri | |
Vəfat tarixi | 8 oktyabr 2019 (86 yaşında) |
Vəfat yeri | |
Atası | İsmayıl Rüstəmov |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | texnika elmləri doktoru (1984) |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | AMEA (2001) |
Mükafatları |
Yavuz Rüstəmov 9 may 1933-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. O, 1952-ci ildə Ordubad şəhər 1 saylı orta məktəbini, 1957-ci ildə isə Neft və qaz texnologiyası ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.[1][2][3]
Yavuz Rüstəmov əmək fəaliyyətinə Sumqayıt "Sintetik kauçuk" zavodunda başlayıb. Belə ki, o, 1957-ci ildə təyinatla Sumqayıt "Sintetik kauçuk" zavoduna göndərilib, 1957-1961-ci illərdə həmin zavodda növbə rəisi və polimerləşmə sexinin texnoloqu vəzifələrində çalışıb. Rüstəmov həmin sexdə SKS-30 və SKN-26 kauçuk istehsallarının təkmilləşməsində aktiv iştirak edib. Daha sonra 1961-1963-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasında baş mütəxəssis, 1963-1969-cu illərdə isə "Sumqayıt superfosfat" zavodunda baş mühəndis işləyərək zavodun bütün istehsal sahələrinin tikilib işə buraxılmasına, onların istismar olunmasına və bir sıra proseslərin təkmilləşdirilməsinə bilavasitə rəhbərlik edib.[2][3]
Yavuz Rüstəmov 1969-cu ildən ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində elmi fəaliyyətini davam etdirir.[2][3] Professor 1990-cı ildən Sumqayıt Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib.[1]
Yavuz Rüstəmov Respublika AAK-nın Kimya üzrə Ekspert Şurasının və Neft Kimyası üzrə Problem Şurasının üzvü olub.[3]
Yavuz Rüstəmov 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika üzrə elmlər namizədi, 1984-cü ildə "Kimya texnologiyasının prosesləri və aparatları" adlı doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcələrini, 1994-cü ildə professor elmi adını alıb. 2001-ci ildə isə AMEA-nın "Kimya texnologiyasının prosesləri və aparatları və ağır (əsas) organik sintez" ixtisası üzrə müxbir üzvü seçilib.[1][2][3]
Yavuz Rüstəmov kimya texnologiyasının prosesləri və aparatları sahəsində tanınmış alimdir. O, çoxfazalı sistemlərdə kinetik, hidrodinamik və istilik və kütləvi transfer qanunauyğunluqlarını öyrənmiş və onların riyazi modellərini inkişaf etdirmişdir. Alimin rəhbərliyi altında tozvari maddələrin dənəvərləşdirilməsi, onların polimer örtüklərlə kapsullaşdırılması, qurudulması, kapsuləmələgətirən polimerlərdən olan sellülozanın törəmələrinin müxtəlif xammallardan alınması proseslərinin yeni üsulları işlənib hazırlanmış, natrium-karboksimetilsellülozun alınması prosesinin elmi əsasları yaradılmışdır.[1][2][3]
Yavuz Rüstəmov 20-dən artıq müəlliflik şəhadətnaməsi, 1 monoqrafiya, 200-dən çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 7 fəlsəfə doktoru hazırlanıb və 5 magistr dissertasiyası müdafiə edilib.[2][3]