Yavuz Sultan Səlim türbəsi — İstanbulun Fateh rayonunda yerləşən Yavuz Sultan Səlim külliyəsinə aid türbə.
Türbə Sultan Süleyman tərəfindən 1520-ci ildə atasının xatirəsinə inşa edilmişdir. 1516-1522-ci illərdə inşa olunan Yavuz Sultan Səlim külliyəsinə aid bu türbənin memarı dövrün saray memarı Əcəm Əlidir. Türbədə yalnız Yavuz Sultan Səlim dəfn edilmişdir.