Yavuz Sultan Səlim külliyəsi

Yavuz Sultan Səlim külliyəsiİstanbulda XVI əsrdə Sultan Süleyman Qanuni tərəfindən atası Yavuz Sultan Səlimin şərəfinə inşa olunan külliyə.

Yavuz Sultan Səlim külliyəsi
Xəritə
41°01′18″ şm. e. 28°56′51″ ş. u.HGYO
Ölkə  Türkiyə
Yerləşir Fateh, İstanbul
Sifarişçi Sultan Süleyman Qanuni
Tikilmə tarixi 1522
Üslubu Osmanlı memarlığı
Material qranit, mərmər
Vəziyyəti Fəaliyyətdədir
Yavuz Səlim məscidi (İstanbul)
Yavuz Səlim məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fateh ilçəsinin Yavuzsəlim səmtində yerləşən külliyənin əsas strukturu məscid, iki mehmanxana, Sultan SəlimHafsa Sultan türbələri, şahzadələr türbəsi, Sultan Əbdülməcid türbəsi, məktəb və imarətdən ibarətdir. Əsas binalardan uzaq olsa da, yaxınlıqdakı qoşa hamam da külliyəyə aid edilir. Bundan başqa yenə Sultan Süleyman dövründə Memar Sənan tərəfindən nisbətən kiçik olan ikinci bir Sultan Səlim külliyəsi də inşa edilib. İbrahim Peçəviyə görə, Sultan Süleyman atasının vəfatından sonra məzarı üzərinə bir türbə, məscid, imarət, məktəb, mədrəsə, darüş-şəfa (xəstəxana) və darüz-ziyafə (yeməkxana) inşa edilməsini əmr etmiş, bunun üçün daxili xəzinədən 400 min qızıl ayrılmışdır. Külliyənin məscid, mehmanxana, türbə, məktəb və imarəti dövrün baş memarı olan Əli Əcəmi tərəfindən, hamam və karvansara isə Memar Sənan tərəfindən inşa edilmişdir. Bunlardan başqa sonradan əlavə olunan Sultan Əbdülməcid türbəsi və külliyə çalışanlarının yaşaması üçün ayrılan bina da külliyənin strukturuna aid edilir. Məscidin əsas qapısı üzərindəki 3 sətirlik ərəbcə kitabəyə görə, külliyənin inşası 1522-ci ilin dekabrında Sultan Səlimin əmriylə başlamışdır. Lakin Sultan Səlimin 21 sentyabr 1520 tarixində vəfat etdiyini nəzərə alsaq, məscidin inşasının Sultan Səlim tərəfindən əmr edildiyini, ancaq gözlənilmədən vəfatının ardından inşanın oğlu tərəfindən tamamlandığını başa düşərik. İsmayıl Danışmənd isə heç bir mənbə göstərmədən məscidin inşasının 17 may 1521 tarixində başladığını qeyd edir.

Məscidinin məsrəflərinin ödənilməsi üçün isə əvvəlcə Rumeli, daha sonra Anadoludakı bəzi əmlaklar və gəlirlər vəqf edilmişdir. Bundan başqa külliyənin vəqfiyyəsinə İstanbulda yerləşən qoşa hamam və bir neçə dükan, RumeliAnadoludakı bəzi kənd və tarlaların gəlirləri aid edilir.

Külliyənin dörd qapısı var. Övliya Çələbi, bu qapılara ad vermişdir: Haliç istiqamətindəki qırxpillə qapısı, qiblə tərəfindəki türbə qapısı, şimal-qərb tərəfində yerləşən bazar qapısı və Çuxurbostan qapısı. Külliyənin şimalındakı boş ərazidə isə vaxtilə imarətin olduğu bilinir. Məscidin qibləsində Sultan Səlim türbəsi və digər türbələr yerləşir.

Məscid böyük günbəzi və təkşərəfəli iki minarəsi ilə mehmanxanası olan məscidlərin ən sonuncusudur. Kəsmə daşdan inşa olunan məscidin tikintisində bəzi yerlərdə qırmızı daşlardan istifadə edilmişdir. Klassik üslubdakı daxili meydança 3 qapılıdır və kənarları günbəzlə örtülüdür. Mərmərlə döşənən meydançanın ortasında çeşmə yerləşir. Övliya Çələbinin yazdığına görə, səkkiz sütunlu və iti uclu günbəzi olan bu çeşmə IV Murad tərəfindən inşa edilmişdir.

Günbəzi divarın içərisində gizlədilən 4 böyük kəmərin üzərində yerləşir. Minarələri isə mehmanxanalara bitişik vəziyyətdə ucalır. Məscidin günbəzi əsas divarlara görə olduqca böyük olsa da, bu görünüş məscidi heybətli göstərir. Meydançanın divarlarında isə klassik üsluba uyğun olaraq iki sıralı pəncərələr yerləşir. Bundan başqa meydançanın yan qapıları sadə, ön tərəfindəki ana qapısı isə olduqca dəbdəbəli bəzəmələrlə hazırlanmışdır. Məscidin daxili interyeri 24,35 × 24,30 m. ölçülərində kvadrat planlı inşa edilmişdir. Qiblə tərəfindəki divarda altda 4, yanlarda isə 2 pəncərə var.

  • Peçuylu İbrâhim, Târih, I, 425;
  • Evliya Çelebi, Seyahatnâme, I, 147-148, 315, 325, 344;
  • İstanbul Vakıfları Tahrir Defteri 953 (1546), tür.yer.;
  • Süleymaniye Vakfiyesi (haz. Kemâl Edîb Kürkçüoğlu), Ankara 1962;
  • İstanbul Vakıfları Tahrir Defteri: 1009 (1600) Tarihli (haz. Mehmet Canatar), İstanbul 2004, tür.yer.;
  • Hezârfen Hüseyin Efendi, Telhîsü’l-beyân fî Kavânin-i Âl-i Osmân (haz. Sevim İlgürel), Ankara 1998, s. 50;
  • Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 14, 15, 125;
  • Danişmend, Kronoloji, II, 45, 65, 68, 85;
  • Ekrem Hakkı Ayverdi, XIX. Asır İstanbul Haritası, İstanbul 1958, Pafta C 6;
  • Semavi Eyice, İlk Osmanlı Devrinin Dinî-İçtimaî Bir Müessesesi: Zaviyeler ve Zaviyeli Camiler, İstanbul 1963;
  • Tahsin Öz, İstanbul Camileri, Ankara 1965, II, 129-131;
  • Selâhattin Tansel, Yavuz Sultan Selim, Ankara 1969, s. 250;
  • Cahid Baltacı, XV-XVI. Asırlarda Osmanlı Medreseleri, İstanbul 1976, s. 536-542;
  • M. Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, Ankara 1980, s. 29, 30, 32;
  • Yüksel, Osmanlı Mi‘mârîsi VI, s. 516-547;
  • M. Kâzım Çeçen, Mimar Sinan ve Kırkçeşme Tesisleri, İstanbul 1988, s. 165;
  • a.mlf., II. Bayezid Su Yolu Haritaları, İstanbul 1997;
  • Hakkı Önkal, Osmanlı Hanedan Türbeleri, Ankara 1992, s. 122, 128;
  • C. Gurlitt, İstanbul’un Mimari Sanatı (trc. Rezan Kızıltan), Ankara 1999, s. 78;
  • Mübahat S. Kütükoğlu, XX. Asra Erişen İstanbul Medreseleri, Ankara 2000;
  • Stefanos Yerasimos, Süleymaniye (trc. Alp Tümertekin), İstanbul 2002, s. 17, 28;
  • Yıldırım Yavuz, “Abdülhamid I Medresesi”, DBİst.A, I, 37;
  • Doğan Kuban, “Sultan Selim Külliyesi”, a.e., VII, 63.