Orta Şərq Texniki Universiteti ya da qısaca ODTÜ (türk. Orta Doğu Teknik Üniversitesi) - Birləşmiş Millətlər Təşkilatının yardımı ilə Türkiyənin baş naziri Adnan Menderes və Türkiyə Dövlət Avtomobil Yolları Baş direktoru Vəcdi Dikər, həmçinin İstanbul Texniki Universitetinin bir qrup professorları tərəfindən[4] 15 noyabr 1956-cı ildə yaradılan dövlət universitetidir[5]. 2014-cü ildə açıqlanan nəticələrə görə dünyanın ən yaxşı 85-ci universitetidir.
Orta Şərq Texniki Universiteti | |
---|---|
Orta Doğu Teknik Üniversitesi[1] | |
39°53′08″ şm. e. 32°47′02″ ş. u. | |
Şüar | ODTÜ təsiri[2] |
Əsası qoyulub | 15 noyabr 1956 |
Tip | Dövlət universiteti |
Rektor | Prof. Dr. Mustafa Verşan Kök[3] |
Tələbə sayı | 25 000 |
Şəhər | Ankara |
Ölkə | |
Ünvan | İnönü Blv. 06531 Ankara/TÜRKİYƏ |
Universitet şəhərciyi | Ankara |
Universitet şəhərciyi 2 | ODTÜ - Şimali Kipr |
İdman | ODTÜ İdman komandaları |
Sayt | metu.edu.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Orta Şərq Texniki Universiteti Türkiyə və digər Orta Şərq ölkələrinin inkişaflarını dəstəkləmək, xüsusilə fən elmləri və sosial elmlər sahələrində mütəxəssis yetişdirmək üzrə 15 Noyabr 1956 tarixində "Orta Şərq Yüksək Texnologiya İnstitutu" (Orta Doğu Yüksek Teknoloji Enstitüsü) adıyla təhsil fəaliyyətinə başlamışdır.
Universitet ilk açıldığı illərdə Kızılay Meydanında Emekli Sandığına aid kiçik bir bina ilə Türkiyə Böyük Millət Məclisi yaxınlarındakı olan baraklarda keçirdikdən sonra, 1963-cü ildə bu gün xidmət etdiyi müasir kampusa daşınmışdır.[5]
ODTÜ Ankara Kampusunda başlıca 5 fakültə və bunlara bağlı 41 kafedra vardır: