Yaxınlaşan terraslar

Yaxınlaşan terraslar (rus. сходящиеся террасы, ing. converging terraces) — bir-birinin üzərində yüksələn, dərə aşağı alçalan /bəzən tam birləşən/ çay terrasları. Aşağı axını stabil vəziyyətdə olan və ya zəif qalxan, yuxarı hissəsi isə tektonik qalxmaya məruz qalan çay hövzələrində müşahidə edilir.[1]

  1. Yaxınlaşan terraslar // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.