Yay dombalanı

Yay dombalanı (Elmi adı - Tuber aestivum) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU A2c + 3cd. Nadir növdür.[2][3]

Yay dombalanı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Yay dombalanı
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Meyvə cismi torpaq altında əmələ gələn, kök yumrusuna bənzər, ellipsoidal-dairəvi, 2,5-8 sm diametrindədir. Xarici səthi qara və ya qara-qəhvəyi rəngli, iri piramidavari ziyillidir. Göbələyin ləti zəif və şirin iyə malikdir. Yetişməmiş göbələk yarıya kəsilmiş halda ağımtıl, yetişdikdən sonra sarımtıl –qəhvəyi, ağımtıl-cizgili, mərmərə bənzər naxışlıdır[4][5].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Heterotallik növdür, cinsi çoxalması üçün populyasiyada genetik cəhətdə fərqli fərdlərin olması tələb olunur. Simbiotrofdur, Fagus, Quercus, Carpinus və Corylus cinslərinin növləri ilə mikoriza əmələ gətirir. Enliyarpaqlı meşələrdə yaz və payız aylarında rast gəlinir. Müxtəlif mexaniki tərkibli torpaqlarda əmələ gəlir. Göbələk onun meyvə cismi ilə qidalanan heyvanlar vasitəsilə (gəmiricilərlə, qabanlar və həşəratlarla) yayılır.

Qax rayonu (Alatemir kəndinin ətrafı, fındıq bağları); Zaqatala rayonu (Zarağan meşəsi); Şəki rayonu (Qarasu kəndinin ətrafı, meşələrdə).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda nadir hallarda rast gəlinir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Torpaq və iqlim şəraitinə yüksək tələbkarlıq, meyvə cisimlərinin tədricən yetişməsi, onların kütləvi yığılması ilə əlaqədar göbələk populyasiyasının həssaslığı.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın vəziyyətini nəzarətdə saxlamaq, yeni yayılma yerlərinin axtarılması vacibdir. Meyvə cisimlərinin toplanılmasına məhdudiyyət qoyullmalıdır.

  1. https://id.biodiversity.org.au/name/fungi/60020483.
  2. http://redbook.az/?options=project&id=Yay%20dombalan%C4%B1[ölü keçid]
  3. Azərbaycan Respublikasının Qırmızı Kitabı - nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri”, “Şərq-Qərb” nəşriyyatı, Bakı, 2013, 676 s.
  4. Sadıqov A.S. 2009
  5. İstivan B., Oszkar F.A., 2007