Yaycı düzənliyi — Qaradərə çayının gətirmə konusundan ibarət olub, şimaldan cənuba doğru 10–12 km uzanır. Düzənliyin ən enli yeri 5 km olmaqla, dəniz səviyyəsindən 720–960 m hündürlükdə yerləşir. Yaycı düzü Kərimqulu Dizə kəndindən şimal-qərb istiqamətinə dönərək, Qapıqabağı düzənliyinə qovuşur. Bu düzənlik əsasən allüvial-prollüvial çöküntülər ilə örtülmüşdür. Ərazinin 1000 hektara yaxın torpaq sahəsi suvarılaraq, əkinçilikdə istifadə olunur. Burada da suvarma suyu təminatı zəifdir. Gilan çaydan çəkilən Yaycı arxı suvarma dövrü yeganə etibarlı su mənbəyi rolunu oynayır.[1]
Culfa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |