"Yazıçının Gündəliyi" (rus. Дневник писателя) - dahi rus yazıçısı Fyodor Dostoyevskinin, müxtəlif hadisə və mövzular haqqında şəxsi düşüncələrini əks etdirdiyi yazılarıdır. Bu yazılar, ilk dəfə 1873-1876.cı illər arasında "Qrajdanin" adlı jurnalda dərc olunmuş, daha sonra yazıçının səhhətində yaranan problem səbəbi ilə 3 il fasilə verilmişdir. Ardınca 1880-1881.ci illərə qədər isə Dostoyevskinin "Yazıçının Gündəliyi" adlı şəxsi jurnalında dərc olunmağa davam etmişdir.