Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Fyodor Mixayloviç Dostoyevski (rus. Фёдор Михайлович Достоевский; 30 oktyabr (11 noyabr) 1821[1][2][…], Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası[5][4] – 28 yanvar (9 fevral) 1881[2][1][…], Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası[7][8][…]) — rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçılarından biri. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.[9]
Fyodor Dostoyevski | |
---|---|
rus. Фёдор Михайлович Достоевский | |
Təxəllüsü | Д., Друг Кузьмы Пруткова, Зубоскал, —ий, М., Летописец, М-ий, Н. Н., Пружинин, Зубоскалов, Ред., Ф. Д., N.N. |
Doğum tarixi | 30 oktyabr (11 noyabr) 1821[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 28 yanvar (9 fevral) 1881[2][1][…] (59 yaşında) |
Vəfat yeri | Sankt Peterburq |
Vəfat səbəbi | Emfizem |
Dəfn yeri | |
Həyat yoldaşları |
|
Fəaliyyəti | tərcüməçi, roman yazıçısı, esseist, hekayə yazıçısı[d], jurnalist, filosof, bioqraf, yazıçı, publisist, nasir |
Fəaliyyət illəri | 1844–1880 |
Əsərlərinin dili | rus dili |
İstiqamət | ədəbi realizm |
Tanınmış əsərləri | |
Üzvlüyü | |
fedordostoevsky.ru | |
Fyodor Dostoyevski Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Uşaqlığını sərxoş ata və xəstə anasının yanında keçirən Dostoyevski, anasının ölümündən sonra Peterburqdakı Mühəndis Məktəbinə girdi. Atasının ölümünü burada xəbər aldı. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra İstehkam Müdirliyinə girdi. Bir il sonra istefa verərək buradan ayrıldı. Ordudan ayrıldıqdan sonra ədəbiyyata yönələn Dostoyevskinin ilk romanı Yoxsul insanlar, 1846-cı ildə nümayiş olundu. Bu əsərinin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırıldı və siyasətlə maraqlanmağa başladı.
1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışdığı iddiası ilə həbs olundu. Səkkiz ay həbsxanada qalan Dostoyevski, gülləyə düzülmək üzrəykən digər səkkiz məhbus yoldaşı ilə bağışlanıldı. Cəzası dörd il kürək, altı il də adi həbsə çevrildi. Cəzasını çəkməsi üçün Sibirdə olan OMSK həbsxanasına göndərildi. Burada keçirdiyi dörd ildən sonra ər rütbəsi ilə xidmətə verildi. Zabitliyə qədər yüksəldi. 1857-ci ildə Mariya Dmitriyevna İsayeva ilə evləndi. Beş il boyunca vəzifəsini yerinə yetirən Dostoyevski, 1859-cu ildə azad edildi və Peterburqda yaşamağa başladı.
Peterburqa döndükdən sonra Alçaldılmış və təhqir olunmuşlar (1861) və Ölü evdən qeydlər (1862) adlı əsərləri yazdı. Qardaşıyla birlikdə iki jurnal çıxardı. 1862-ci ildə arzuladığı Avropa səyahətini reallaşdırdı. Xəstəliyi və qumar asılılığı ucbatından maddi baxımdan çətinliyə düşdü. Bu dövrdə Gizlindən Qeydlər (1864), Cinayət və cəza (1866), Qumarbaz (1866), İdiot (1868), Əbədi ər (1870) və Cinlər (1872) kimi əsərləri yazdı. Yoldaşının ölümündən sonra katibəsi ilə evləndi. Yenidən borclandı və qumarxanalarda gəzməyə başladı. Qızının ölümünün ardından böyük bir sarsıntı keçirdi.
Yeniyetmə (1875), Yazıçının gündəliyi (1876) və Karamazov qardaşları (1880) adlı əsərlərində yazıçılıq həyatı boyunca yazdığı mövzuları yenidən ələ aldı. Karamazov qardaşları adlı əsərini iki ildə bitirən Dostoyevski bir ciyər qanamasıyla yatağa düşdü və 28 yanvar 1881-ci ildə vəfat etdi. Dostoyevski üçün 31 yanvar 1881 tarixində təşkil edilən dəfn mərasimində təxminən 30.000 adam tabutunun arxasından getdi. Dünya ədəbiyyatına ən çox təsir edən və ən çox oxunan yazıçılardan biri olan Dostoyevskinin əsərləri bir çox 20-ci əsr yazıçılarının fikirlərinə dərindən təsir etdi.
Dostoyevskinin əsərləri Ceyms Coys, Virciniya Vulf, Fridrix Nitsşe, Ernest Heminquey, Knut Hamsun, Lüdviq Vitgenşteyn, Alberto Moravia, Aleksandr Soljenitsın, Çarlz Bukovski, Marsel Prust, Ayn Rand, Ziqmund Freyd, Frans Kafka, Orxan Pamuk və Lev Tolstoy kimi bir çox yazıçıların əsərlərinə işıq tutdu. Fridrix Nitsşe "O mənim psixianaliz haqqında bir şeylər öyrəndiyim yeganə insandır. O mənim həyatımın ən böyük sevincidr."
Dostoyevski, Mixail və Maria Dostoyevskinin oğlu olaraq 11 noyabr 1821 tarixində Moskvada doğuldu. Altı uşaqlı ailənin ikinci uşağı idi. Atası Mixail, hərbi cərrahlıqdan təqaüdə çıxdıqdan sonra Mariinsky Xəstəxanasında yoxsullara xidmət etməyə başladı. Xəstəxana Moskvanın ən pis yerlərindən birində yerləşirdi. Dostoyevski də bu xəstəxana da doğuldu. Dostoyevskinin anası Maria isə bir tacir qızı idi.
Mixail Andreyeviç Dostoyevski olduqca sərt bir adam idi. Ən böyük məşğuliyyəti içki idi və ailəsini möhkəm bir intizam altında idarə edirdi. Böyük qız olduqları halda qızlarının tək başlarına küçəyə çıxmasına icazə verməzdi. Dörd oğuluna isə bir başçavuş kimi davranırdı. Çox tez əsəbiləşər, uşaqları isə qaçacaq yer axtarardılar. Mixailin başqa bir xüsusiyyəti də xəsisliyi idi. Vəziyyətinin yaxşı olmasına baxmayaraq, uşaqları 16-17 yaşına gələnə qədər onlara cibxərcliyi belə verməmişdir. Anası Maria Dostoyevski və uşaqlar yaz aylarını Tulada keçirirdilər. Burada Fyodor atasına xidmət edən kəndlilərlə tanış oldu və onlara bağlandı. Bu təcrübə uşağın gələcəkdəki həyatı üzərində çox dərin təsir yaradacaqdı.
Dostoyevski uşaqlığını çox vaxt sərxoş bir ata və xəstə bir ana arasında keçirdi. Atasının işlədiyi xəstəxanadan olan xəstələr ilə vaxt keçirməyi və onların hekayələrini dinləməyi çox sevən Dostoyevski ilk təhsilini Moskvada aldı. Anası vərəm xəstəliyi ucbatından öldüyü zaman, sərt intizamıyla tanınan Peterburq Mühəndis Məktəbinə göndərildi. Yoldaşlarının, əsəbi və həddindən artıq həssas bir quruluşa sahib olduğu üçün "Alovlu Fedya" ləqəbini verdikləri Dostoyevski Peterburqda zamanını kitab oxuyaraq, düşüncələrə dalaraq, ya da qardaşı Mixail ilə söhbətləşərək keçirdi.
Atasının 1839-dakı ani ölümünü burada öyrəndi. Arvadının ölümündən sonra özünü tamamilə içkiyə yönəldən Mixail Dostoyevski isə artıq çalışa bilməz hala gəldi və torpağına çəkildi. Burada kəndlilərə və kölələrinə o qədər pis davrandı ki, ən sonunda özünü öldürmələrinə gətirib çıxardı. Atasının ölümünü Peterburqda xəbər alan Dostoyevski onun ölümünü istədiyi düşüncəsi səbəbiylə depressiyaya girdi. Xəstəliyinin ilkini həyatının bu mərhələsində keçirməyə başladı. Peterburq Mühəndis Məktəbindəki təhsilini müvəffəqiyyətlə bitirərək, kiçik leytenant rütbəsiylə Peterburqdakı İstehkam Müdirliyində vəzifəyə verildi.
Özü üçün heç bir mənası olmayan bir həyata başlamışdı. Bohem ətraflara dadandı, maaşına və torpaqdakı payından götürdüyü illik 5.000 rublluq gəlirə qarşılıq davamlı çətinlik içində idi. Bilyarda maraq salmışdı və həmişə uduzurdu. Həyatı boyunca avara həyatı səbəbiylə, son illərində kitablarından təmin etdiyi gəlirin xaricində həmişə yoxsulluq içində yaşadı.
Bu qəribə davranışlarına qarşılıq, həyatını başdan başa dəyişdirəcək hadisə yaxınlaşırdı. Ədəbiyyatla maraqlanmağa başlamışdı və işə Balzakın Eugenie Grandetsini ruscaya çevirməklə başladı. Ordudakı həyatdan da artıq sıxılmışdı. Böyük qardaşına 1843-cü ildə yazdığı məktubda, "Əsgərliyə kartofa nifrət etdiyim qədər nifrət edirəm" deyə yazmışdı. Ertəsi il də daha çox dözə bilməyərək istefa verdi. Qərarını qardaşına məktubla xəbər verərkən belə deyirdi:
"Heç peşman deyiləm. Bir ümidim var. Romanımı bitirmək üzrəyəm. Orijinal bir əsər olacaq".
Ordudan ayrıldıqdan sonra roman yazmağa başladı. Dostoyevskinin ilk kitabı olan Bədbəxt insanlar ilk olaraq 1846-cı ildə nümayiş olundu.
Dostoyevski, romanını "Oteşestvenya Zapiski" adlı məşhur bir ədəbiyyat jurnalında yayınlatmayı ümid etmişdi; lakin aradan bir il keçdiyi halda jurnal, romanında əhəmiyyətli dəyişikliklər etmədikcə, əsərini nəşr etməyi rədd etməyə davam edirdi. O da istənən dəyişiklikləri etmək yerinə, əsərini öz nəşr etməyi qərarlaşdırdı və qazanacağı pulla borclarını bağlaya biləcəyi ümidiylə 1846-cı ildə Bədbəxt insanlar'ı nəşr etdi. Kitabı oxuduqdan sonra zamanın usta tənqidçilərindən biri, ona bu məktubu göndərdi: "Siz problemin ruhunun ən dərinlərinə getmiş və bir neçə xəttdə böyük bir gerçəyi ortaya qoymusunuz. Sizdən xahiş edirəm, qabiliyyətinizi qiymətləndirin və ona qarşı həmişə dürüst olun. Beləcə böyük bir yazar ola bilərsiniz."
Dostoyevski, cəmiyyətini mərhəmətsiz qaydalarında yaşlı bir adamın yetim bir qıza bəslədiyi sevgini iç dünyasındakı dərin qarşıdurmalarla işlədi. Xalqın rəğbətiylə qarşılanan bu kitab, tənqidçilərdən də təriflər gördü. Məşhur tənqidçi Belinski, romanı oxuduqdan sonra Dostoyevskiyə gələcəkdə böyük bir yazar olacağına dair tərif dolu sözlər söylədi. Şair Nikolay Neksarov, Dostoyevski haqqında "Yeni bir Qoqol doğuldu" deyə danışdı.
Dostoyevski bir gün içində şöhrətinin zirvəyə çatdığını gördü. Böyük qardaşına, "Hər şey sanki bir möcüzə kimi oldu," deyirdi. Lakin şöhrətə qovuşduqdan sonra yaxşıca həyasızlaşaraq özünə heyran olan insanlara sərt şəkildə davranan Dostoyevskinin bu hərəkəti, kasıb təbəqədən gəldiyi üçün lağ edilməsinə və gözdən düşməsinə səbəb oldu. Bədbəxt insanlar'ın sürətli gələn müvəffəqiyyətindən sonra durğun və müvəffəqiyyətsiz bir dövr keçirdi. Təcavüzkar hərəkətləri üzündən tənha qalan yazarın borcları başına dərd oldu. Bu səbəbdən də yazmağa kafi zamanı ayıra bilməz olmuşdu. İlk müvəffəqiyyətini təkrar tuta bilməyəcəkmiş kimi görünürdü. Ədəbiyyat dünyasının özünə qarşı yuxarıdan aşağı baxan tutumu isə artaraq davam etməkdə idi.
1846-cı ildə Oxşar əsəri nümayiş olundu. Yazıçı bu romanda, özünü ortadan qaldırmağa çalışan bənzəriylə davamlı qarşıdurma halında olan bir məmurun hekayəsini izah etdi. Bu romanda ələ aldığı cüt şəxsiyyət temasını daha sonra bəzi romanlarında istifadə etsə də roman, Belinski daxil heç bir tənqidçi tərəfindən bəyənilmədi. Tənqidçilər romanı sıxıcı adlandırdı. 1847-ci ildə isə Ev sahibəsi adlı əsəri nümayiş olundu. Dostoyevski bu əsəri ilə də gözlədiyi təriflərin əksinə tənqidlərlə qarşılaşdı. Dostoyevski, ruhi çöküntüyə düşdü və kədərdən xəstə oldu. Ancaq yazıçılığı buraxmayan Dostoyevski, 1848-ci ildə Bəyaz gecələr və Bir kövrək ürəkli adlı kitabları işıq üzü gördü. Bir kövrək ürəkli, yazıçıya etibarını yenidən qazandırsa da gözlədiyi müvəffəqiyyəti əldə edə bilməyən Dostoyevski ümidini itirdi. Yazıçılıqdan ümidini üzən Dostoyevski, siyasətlə maraqlanmağa başladı və gənc liberalların (Tetrashevski) qrupuna girdi.
23 aprel 1849-cu ildə Çarlıq polisi tərəfindən yatağında həbs olunan Dostoyevski, qrupun digər iyirmi üzvüylə birlikdə 22 dekabrda gülləyə düzülmək üzrə Semyonevski sahəsinə aparıldı.
Güllələnəcəyi zaman ölüm cəzasının həbs cəzasına çevrilməsiylə OMSK-aya göndərildi.
Dostoyevski, dörd il boyunca çəkdiyi ağrıları,
1861-ci ildə nəşr olunan Ölü evdən qeydlər'də izah etmişdir. Sürgündə keçirdiyi dörd ildən sonra 1854-cü ildə kürək cəzasından xilas olaraq ər rütbəsi ilə hərbi xidmətə təyin olundu. Semipalatinskdə zəruri iqamətə məhkum edildi. Burada olan Alayın Yeddinci Xətt Batalyonunda beş il vəzifə yerinə yetirdi. Zabitliyə qədər yüksəldi. 1857-ci ilin fevral ayında, vərəmli və dul Maria Dmitrievna Isayeva ilə, zabit ərinin ölümündən sonra evləndi.
1859-da ordudan tərxis edilərək Moskva xaricində kiçik bir yerdə qalmağa məcbur edilən Dostoyevski, azadlığına qovuşduqdan sonra Peterburqa döndü. Qardaşı Mixail və yoldaşı N.N.Strahov ilə birlikdə "Vremya" ("Zaman") və sonra da "Epoha" ("Dövr") adlı jurnalları hazırladı. Bu jurnallarda Slavçı düşüncəni müdafiə etdiyini ifadə edən yazılar yazdı. Alçaldılmış və təhqir olunmuşlar və Ölü evdən qeydlər ilə yenidən tanındı.
Arvadı vərəmə tutulmuş, Sibirdəki Tver şəhərinə dönmüşdü. Dostoyevski bundan faydalanıb ilk dəfə xaricə çıxdı; 1862-ci ildə Paris, London və Cenevrəni ziyarət etdi. 1863-cü ildə Romaya keçdi. Ardından Almaniya və Danimarkanı gəzdi.
Arvadının və uşağının xərclərini qarşılaya bilmək üçün, ədəbiyyatdan qazandıqlarını artırmaq həvəsiylə qumara başladı. Rulet oynayırdı. Şansı yaxşı olan yazıçı bir gecədə 10.000 frank qazandı və ertəsi gecə 3000 frank daha əlavə etdi. Amma bir gecə sonra 5.000 xaricində qazandıqlarının hamısını itirdi. 1864-ci ildə arvadını, böyük qardaşı Mixaili, dostu və həmkarı Apollon Grigoriyevi itirdi.
1862 və 1863 illəri arasında Avropaya birlikdə getdiyi yoldaşı Apollinariya Suslova ilə evlənərək, ilk bədbəxt evliliyini unutmağa çalışdı. Ancaq Polina, verdiyi sözdən daşındı. Bu sırada Dostoyevski "Cinayət və cəza" üzərində çox möhkəm bir şəkildə işləyirdi və fikrini dağıtmamaq üçün Wiesbadenə getmişdi. Polina da bunu bəhanə edib aralarındakı əlaqəni kəsdi. Dostoyevskinin Wiesbadendə olduğu vaxt Gizlindən Qeydlər nəşr olundu. Yeni bir dahilik ortaya çıxırdı və bu tənqidçilərin ciddi şəkildə maraqlarını cəlb etməyə başlamışdı. Bu zaman böyük qardaşı Mixailin arxasında buraxdığı borcları da boynuna götürən Dostoyevski, yenə maliyyə problemləri yaşayirdı.
"Cinayət və cəza" 1866-cı ildə hissələr halında nəşr olundu. Bu səbəblə borclarından xilas ola bilər, maddi istiqamətdən bolluğa qovuşa bilərdi, lakin bunun yerinə daha da pis vəziyyətə düşdü. Kitabı müxtəlif reaksiyalarla qarşılaşdı. Dövrünün çox irəlisində yazan yazıçı heç cür tam olaraq başa düşülmürdü. Dostoyevski əsərini ilk dəfə yazarkən qardaşı Mixailə göndərdiyi bir məktubda kitab haqqında
"Mövzusu həqiqətən çox gözəldir. Qəhrəmana gəlincə, bu günə qədər heç sınanmamış bir adamdır. Amma bu günün Rusiyasına baxacaq olsaq, belə bir adam qarşımıza tez-tez çıxmaqdadır. Xalqın başındakı yeni fikirləri anlayaraq bu nəticəyə gəldim. Elə hiss edirəm ki, yeni fikirlər və mövzularla döndüyüm zaman, romanımı genişlətməkdə müvəffəqiyyətli olacağam. Adam tələsiyə gəlməməlidir dostum. Və insan yaxşı olanın xaricində heç bir şey etməməlidir" deyə yazdı.
Dostoyevski, bu əsərində bir Rus ziyalısı olan Raskolnikovun öz doğrusu adına işlədiyi cinayətləri və vicdanıyla hesablaşmasını qələmə aldı. Yazıçı, kiçik bir otel otağında və pis bir vəziyyətlə yazdığı "Cinayət və cəza"nı 1866-cı ildə tamamlamışdı.
Mümkün olduğu qədər çox yazmaq böyük usta üçün bir ehtiras olmuşdu və buna görə gözləri pozuldu. Bu səfər gənc bir steno tutdu. Adı Anna Snitkina olan stenoyla ilk dəfə 4 oktyabr 1866-cı ildə tanış oldular və 8 noyabrda da nişanlandılar. 1867-ci ildə Pasxa bayramından əvvəl evlənib bal ayı üçün Avropaya getdilər. Yola çıxarkən, niyyətləri xaricdə iki-üç ay qalmaq idi; lakin dörd il keçmədən Rusiyaya dönmədilər. Dostoyevski ən sonunda xoşbəxt bir evliliyə qovuşmuşdu.
Yenidən borclanan və qumarxanalrda gəzməyə başlayan Dostoyevskinin, həmin vaxt bir qız uşağı oldu. Ancaq qızı çox yaşaya bilmədi və doğulduqdan qısa müddət sonra öldü. Dostoyevski də buna görə böyük bir sarsıntı keçirdi.Arvadı əlindən gəldiyincə ərinə kömək edirdi. Yazıçının yalnız kitablarına adaptasiya olması üçün, borc verənlərlə və səs-küyçü qohumlarıyla Anna başa çıxırdı.
Xarici ölkələrdə olduğu vaxt ərzində, Dostoyevski əsl şöhrətini təmin edən beş böyük romanından üçünü yazdı; İdiot, Əbədi ər və "Cinlər". Anna Qriqoryevnanın ustaca rəhbərliyi sayəsində bütün borclar yavaş yavaş ödəndi və artıq yalnız rahat bir həyat yaşayacaq qədər pula sahib oldular. Böyük yazıçı, həyatında ilk dəfə xoşbəxt idi və Rusiyanın gələcəyi üzərinə fikirlərinə və jurnalistikaya ayıracaq zaman tapa bilirdi. Amma Dostoyevskinin getdikcə pisləşən sağlamlığı, xoşbəxtliklərinə kölgə salırdı. Daha uşaqlığında ağır xəstəliklər keçirən yazıçı gəncliyinin başından etibarən bu xəstəlikdən əzab çəkməyə başlamışdı. İndi yaxşıca başına bəla olan xəstəliyi yazıçını hər an yazmaqdan saxlasa da 1879-cu ildə bəlkə də əsərlərinin ən böyüyü Karamazov qardaşları üzərində işə başladı. Eyni ilin sonunda roman, Russki Weistnik jurnalında hissə halında nəşr edildi, ondan sonrakı il boyunca da nəşr olunmağa davam etdi. 8 noyabr 1880-ci ildə romanın son hissəsini nəşriyyata göndərdi.
Həyatı boyunca əsərlərində işlədiyi mövzuları yenidən ələ aldığı, insan duyğularının dərinliyinə enən əsərlər yazan Dostoyevski, Karamazov qardaşları'da İvan və Alyoşa Karamazov adlı xarakterlər üçün filosof Vladimir Serqeyeviç Solovyovdan ilham aldı. Zosima və Alyoşanın önə çıxacağı Bir böyük günahkarın həyatı adlı əsəri tamamlaya bilmədi.
25 yanvar 1881-ci ildə ciyər qanamasıyla yenidən yatağa düşdü. Gecə gələn böhrandan sonra artıq çox zamanı qalmadığı aydın olmuşdu. Xəstə yatağında arvadından ona "Pozğunluqdan dönən oğul"dan parçalar oxumasını istədi. Bir keşiş də başında dua oxuyurdu. Son nəfəsini verənə qədər ağlı başında qaldı və 28 yanvar axşam saat 8:30-da əbədiyyətə qovuşdu. Ölümündən sonra kitabları böyük təzyiqlə nəşr olunan böyük yazar, yalnız Rus ədəbiyyatında deyil dünya ədəbiyyatının inkişafında da böyük rol oynayan əsərlər yaratdı. Dostoyevski üçün 31 yanvar 1881-ci ildə təşkil edilən dəfn mərasimində təxminən 30.000 adam tabutunun arxasında getdi.
"Yüksək və sərt bir qayalıqda, ancaq iki ayağımın sığa biləcəyi, dar bir çıxıntıda, dörd bir tərəfim uçurumlar, okeanlar, sonsuz bir gecə, sonsuz bir yalnızlıq və heç bitməyəcək bir fırtınayla əhatələnmiş bir vəziyyətdə yaşamaq məcburiyyətində olsam və bütün ömrüm boyu, min il boyunca, hətta sonsuza qədər o bir qarış torpaqda dayanmaq məcburiyyətində olsam da o şəkildə yaşamaq, bu anda yarım saat sonra ölü olmaqdan çox daha yaxşıdır. Yetərki yaşasın, sırf yaşasın! Necə olursa olsun, amma yetər ki yaşasın!"
Dostoyevski, rəğbətlə qarşılanan ilk romanı "Yoxsul insanlar"dan sonra yazdığı "Oxşar" və "Ev sahibəsi" ilə tənqidlərə məruz qaldı və ruhdan düşdü. Ancaq yazıçı, özünü mənəvi çöküşə aparan düşüncələrdən uzaqlaşmağı bacardı. Xarici dünyadan qopan zehninin parçalanmasını özü həll edən yazıçının əsərlərindəki psixoloji baxımdan ən zəngin mövzu da cüt şəxsiyyət temasıdır. Özünü yox etməyə çalışan oxşarıyla davamlı qarşıdurma halı içərisində olan bir məmuru izah etdiyi "Oxşar" adlı əsərində daha sonra da işləyəcəyi bir mövzu olan cüt şəxsiyyət temasını işləmişdi.
Əlli yaşlarında içinə bəzən bir pessimizm və ağırlıq çökən Dostoyevski, bu vəziyyəti ikinci həyat yoldaşı Anna Grigoriyevna Snitkinaya "Sanki bir cinayət törətmişəm kimi bir növ səbəbsiz hüzn və kədər içindəyəm" deyə açıqlamışdı. "Cinlər"də Stavrogini bir uşağa təcavüz etdirmiş olması səbəbiylə də özünü həmişə günahlandırmışdı.
Dostoyevski öz uşaqlığında, anasına əzab çəkdirməsindən, davamlı sərxoş olmasından və xidmətçilərə pis davranmasından ötəri atasından nifrət edirdi. Əsərlərində istifadə etdiyi, taleyinə boyun əyən və itaətli qadın nümunəsini öz evində; anasında gördü. Qadının vecinə almamağı, kişini daha da hirsləndirməkdən başqa bir işə yaramayacağını görmüşdü. Çox həssas biri olan Dostoyevski, buna görə atasına kin saxlayırdı. Atasının ölümünü xəbər aldığında, "Atamın ölümündə mənim heç bir günahım yoxdur, amma bu ölümün cəzasını çəkməyə hazıram, çünki içimdən onu öldürmək keçirdi" deyərək Karamazov qardaşları adlı romanında iştirak edən Dimitri Karamazovun reaksiyasının bənzərini göstərdi. Dostoyevski, atasının ölümünü istədiyini düşünərək depressiyaya girdi. Sigmund Freud və bir çox psikanalizci, ataya qarşı bəslənilən bu nifrətə və bunu izləyən günahkarlıq düşüncəsinə söykənərək Dostoyevskinin xəstəliyinin əsəbi mənşəli olduğunun ortaya çıxardı.
Andre Gide, Alçaldılmış və təhqir olunmuşlar adlı romanın, alçaldılmışlığın insanı cəhənnəmlik etdiyi, alçaqkönüllülüyün ise müqəddəsləşdirdiyi fikiriylə dolu olduğunu söyləmişdi. Corc Steiner isə Dikkensvari bir havanın olduğunu söylədiyi. Alçaldılmış və təhqir olunmuşlar əsərində da olan mövzunun Əbədi ər, "Cinlər" və Karamozov qardaşları əsərlərində də var olduğunu söylədi. Nikolay Berdyaev, Dostoyevskinin bütün yaradıcı gücünü insana və insanın taleyi temasına həsr etdiyini, bunun da onu ölümsüz etməyə çatdığını ifadə etdi.
Dövlət əleyhində bir sui-qəsdə qatıldığı iddiası ilə həbs olunduqdan sonra səkkiz ay həbsxanada qalan Dostoyevski, cinayət və cəza anlayışlarıyla ən sıx şəkildə burada qarşılaşdı. Edam edilmək üzrəykən bağışlanıldı. Cəzası dörd il kürək və altı il adi həbsə çevrildi. Dörd ilin sonunda ər rütbəsi ilə orduya verildi və 1859-cu ildə tərxis edildi. "Cinayət və cəza" adlı əsərini 1858-ci ildə meydana gətirməyə başladı. Bu əsərində əxlaq anlayışını və siyaseti xırmanladı. Dostoyevski, bu romanda yalnız Rus xalqını deyil, bütün insanlığı təhdid edən bir sonsuz dövrdən xilas olmanın reallaşa biləcəyini vurğuladı. Yazar, John Stuart Millin iqtisadi rifah üçün fərdi eqoistləşməyi təklif edən qaydasını Semyon Zaharoviç Marmeladovun ağzından tənqid etdi.
Dostoyevski, düşüncə və sənət təcrübəsini davamlı olaraq artırdı. Tanrıdan, ateizmdən, pislikdən, azadlıqdan danışan roman xarakterləri, gerçəkdə eyni şüurun fərqli anları kimidir. Bu xarakterlər vasitəsilə Dostoyevski, cinləri ruhundan uzaqlaşdırdı. Dünyagörüşü dəyişməklə birlikdə əsərləri, gerçəyin həmişə eyni həvəsli və ağrı verən axtarışı içərisindədir.