Yeddi Ulu Ozan

Yeddi Ulu OzanƏləvilikdə söylədikləri deyişlərlə Ələvi inancını xalqa başa salan və yaradıcılıqları yaşadıqları dövrdən bu günə şifahi və yazılı ədəbiyyat yolu ilə çatdırılan kimisi hökmdar-şair, kimisi xalqdan, kimisi də Əhli Beyt nəslindən gələn şəxslər.

Yeddi Ulu Ozan Ələvilik, 12 İmamlara bağlılıq və dövrün siyasi problemləri haqqında xalqı maarifləndirən şəxslərdir. Onlar o dövrdə geniş yayılmış ərəbfars dillərini bilmələrinə baxmayaraq əsərlərini xalqın anladığı türk dilində yaradırdılar. İnanca görə həm Ələvilik inancı uğrunda apardıqları mübarizə və qatlaşdıqları zülm, həm də ədəbi əsərlərinin insanları cəzb etmə xarakteri səbəbilə onlardan sonra gələn ozanlar Yeddi Ulu Ozandan təsirlənmişdir. Sadalanan bu səbəblərdən başqa bəzilərinin Əhli Beyt nəslindən gəlməyi də bu ozanların bu gün qədər Yeddi Ulular olaraq adlandırılmasına səbəb olmuşdur.

Demək olar ki, cəm evlərində oxunan deyişlərin hamısı bu ozanlara aiddir. Müqəddəs bir əmanət kimi nəsildən nəsilə keçən bu deyişlərin özünəməxsus ədəbi quruluşu və Ulu Ozanların lazım gəldikdə ölümdən çəkinməmələri onları xalq gözündə ululaşdırmışdır. Yeddi Ulular haqqında daha çox Türkiyə, Azərbaycan, Bolqarıstan, Makedoniya, Suriyaİranda, eləcə də keçmiş SSRİ-də araşdırmalar aparılmış, məqalələr nəşr olunmuşdur.

Yeddi Ulu Ozan hesab edilən şairlər

[redaktə | mənbəni redaktə et]

Yeddi Ulu Ozan:[1]

  1. İmadəddin Nəsimi (1369, Şamaxı - 1417, Hələb)
  2. Yəmini (XV əsrin sonu - XVI əsrin əvvəli)
  3. Məhəmməd Füzuli (1494, Kərbəla - 1556, Kərbəla)
  4. Şah İsmayıl Xətai (17 iyul 1487, Ərdəbil - 23 may 1524, Sərab yaxınlığında)
  5. Virani (XVI əsrin sonu - XVII əsrin əvvəli)
  6. Pir Sultan Abdal (XVI əsr, Sivas - 1547-1590 aralığı, Sivas)
  7. Qul Himmət (XVI əsrdə yaşayıb)
  1. İrene Melikoff. Uyur idik uyardılar. Alevilik-Bektaşilik araştırmaları. səhifə 39-40