Yeddi dəniz Edinburqu

Qəsəbənin görüntüsü

Yeddi dəniz Edinburqu (ing. Edinburgh of the Seven Seas) — Tristan-da-Kunya arxipelaqında yeganə daimi yaşayış məntəqəsi. 2005-ci ildə əhalisi 275 nəfər idi. Yerli əhali qəsəbəni sadəcə The Settlement (qəsəbə) adlandırırlar.

Yaşayış məskəni adanın britaniyalıların işğalından sonra salınıb. 1867-ci ildə kraliça Viktoriyanın ikinci oğlu, Edinburq hersoqu şahzadə Alfredin "Qaleteyq" freqatının kapitanı kimi səfərinin şərəfinə adlandırılıb. İkinci dünya müharibəsinin sonuna qədər adada hərbi qarnizon yerləşib.

1961-ci ildə vulkan püskürməsi qəsəbəni, balıq fabrikini və kartof sahələrini dağıdıb, bu səbəbdən də əhali adadan köçürülüb. Tədricən əhali geri qayıdıb, fabrik və qəsəbə isə 1963-cü ildə tam bərpa edilib.

Qəsəbədə məktəb, kiçk xəstəxana, ərzaq dükanı, poçt şöbəsi, radiostansiya, kafe, videomallar marketi, basseyn və bir nəfər polisi olan polis məntəqəsi vardır. Edinburqda iki kilsə var: anqlikan Müqəddəs Mariya kilsəsi və katolik Müqəddəs İosif klisəsi.

Qəsəbədə cəmi bir liman var. Ora bir neçə ayda bir dəfə Keyptaundan Ceymstauna (Müqəddəs Yelena adası) və oradan da Corctauna gedən gəmi daxil olur.

Edinburqdan ən yaxın yaşayış məntəqəsinə dənizlə yol 1850 kilometrdir və bu dünyada sivilizasiyadan ən uzaq qəsəbə sayılır.