Yeddi professor insidenti (七博士意見書, Şiçihakase ciken?) – 1903-cü ildə Tokio Universitetindən olan yeddi professorun Rusiya haqqında yazdıqları bəyanatla əlaqədar baş vermiş insident.
Rus-yapon müharibəsinin başlamasından 8 ay öncə – 1903-cü ilin iyununda Tokio Universitetinin yeddi professoru yazılı bəyanat yayaraq Yaponiya hökumətinin Rusiyaya qarşı siyasətini qorxaq adlandırmışdır.[1] Bu professorların çoxu universitetin hüquq fakültəsindən idilər.[1] Masaaki Tomii, Hirondo Tomizu və digər beş professor baş nazir Katsuro Taroya xəbərdarlıq edərək Yaponiyanın hərbi cəhətdən güclü olduğu bu dövrdə Rusiyaya müharibə elan etməli olduqlarını bildirmişdirlər.[2]
Yeddi professorun bəyanatı "Tokyo niçiniçi şinbun" qəzetində nəşr olunduqdan sonra ictimaiyyətin ümumi fikrinə də təsir etmiş və ölkədəki müharibə tərəfdarların sayı artmışdır.[2]
Müharibədən sonra professorlar Portsmut sülh müqaviləsinin şərtlərinə qarşı çıxmış, Yaponiyanın Karafutonu və Sibir sahillərinin bir hissəsini işğal etməli olduğunu müdafiə etmişdirlər.[2]
Yaponiya hökuməti Tomizunu Tokio Universitetindəki vəzifəsindən azad edəndə hüquq fakültəsi buna etiraz edərək Təhsil Nazirliyini akademik azadlığı pozmaqla ittiham etmişdir.[2] Universitetin prezidenti vəzifəsindən istefa etmiş, bütün fakültə universitetdən çıxacağını bildirmişdir.[2] Nəticədə, təhsil naziri Kubota Yuzuru istefa etmiş və Tomizu universitetə qayıtmışdır.[2]