Yefim Putyatin

Yefim Vasilyeviç Putyatin (20 noyabr (2 dekabr) 1803, Sankt-Peterburq28 oktyabr (9 noyabr) 1883, Paris) — Rus diplomatı, admiralı, qraf.

Yefim Putyatin
Şəxsi məlumatlar
Doğum tarixi 20 noyabr (2 dekabr) 1803
Doğum yeri
Vəfat tarixi 28 oktyabr (9 noyabr) 1883 (79 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
  • Dəniz kadet korpusu[d]
Fəaliyyəti tədqiqatçı-səyyah[d], diplomat
Hərbi xidmət
Mənsubiyyəti Rusiya imperiyası
Döyüşlər

Təltifləri "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni 1-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni Knight of the Order of St. Alexander Nevsky Müqəddəs Aleksandr Nevski ordeni Ağ Qartal ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni Order of the Redeemer "Doğan günəş" ordeni "Şiri-Xurşid" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Diplomatik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

13 avqust 1852-ci ildə Menşikov Putyatinə təlimat verdi. Putyatinə Şərqi Asiya və Şəmali Amerikanın qərbi rus torpaqlarında baş verənlər haqqında məlumat toplamaq həvalə olunmuşdu.

23 avqust 1852-ci ildə I Nikolayın yapon imperatoruna göndərdiyi qramotoda Putyatinin səfirliyinin dostluq xarakterini göstərmiş və rus vətəndaşlarının yapon limanlarına daxil olmasına icazə verilməsini xahiş etmişdi. Ekspedisiya zamanı Putyatinin bir neçə xarici ölkələrə baş çəkəcəyi də göstərilmişdi. Ona görə xarici işlər nazirlyi həmin ölkələrin hökumətinə ekspedisyanın məqsədi barədə məlumat vermişdi.

7 oktyabr 1852-ci ildə Putyatin Kronştadı tərk etdi.31 oktyabrda o, Portsmuta gəldi. Portsmutdan çıxaraq 10 mart 1853-cü ildə Xeyirxah Ümid burnuna gəlir və burada öyrənir ki, Perri Avakado 15 gəmidən ibarət ekspedisiya yaradır. Amerika hökuməti Perriyə yapon portlarının açılması uğrunda Rusiyanı və digər Avropa hökumətlərini qabaqlamaq üçün böyük səlahiyyət vermişdi. 8 aprel 1853-cü ildə Putyatin bu haqda Senyavinə məlumat verir və bildirir ki, amerikanlar kiçik bir müqavimət müqabilində silah işlətməyə hazırdırlar.

27 dekabr 1852-ci ildə Peterburqda Amerika səfiri Braun Dövlət Departamentinin tapşırığı ilə Xarici işlər nazirliyinə rus freqatının Sakit Okeana qeyri-məlum məqsədlə gəlməsi barədə təəccüblüyünü bildirdi. 10 yanvar 1853-cü ildə Nessrod Brauna cavab verdi və bildirdi ki, rus hökuməti öz torpaqlarını qorumaq üçün bu tədbirə əl atıb və bu gizli şəkildə edilməyib.

12 aprel 1853-cü ildə rus səfiri Xeyirxah Ümid burnunu tərk edərək Sinqapura, oradan Honqkonqa gəlir. Kantonda Putyatin öyrənir ki, Perri Şanxaya, oradan da Yaponiyaya yollanıb.

2 dekabr 1852-ci ildə Perri dəniz nazirinə məktubunda bildirir ki, o Tayvan, Kyunyu və Bonın adalarını tutmaq istəyir və bu adalardan Rusiya və İngiltərəyə qarşı forpost kimi istifadə etmək və Çin və Yaponiyaya qarşı təzyiq kimi istifadə etmək olar.3 fevral 1853-cü ildə Dövlət katibi Evereyt bildirdi ki, prezident Filmor bunun planını bəyənir. Sakit Okeanda Perrin amerikan ekspansiyasının carçısı olmasını qəti qəbul edən amerikan tarixçiləri sübut etməyə çalışırdılar ki, ABŞ-nin aparıcı dairələrində Perrinin fəaliyyəti özünə dayaq tapmadı.

Rus səfiri Putyatinin nəzərində tutduğu taktika 1853-cü ildə Asiya departamentinin direktoru Senyavinə ünvanladığı məktubda aydın görünür. Rusiya və ABŞ Yaponiya ilə ticarət əlaqələrini açmaqda eyni niyyətlərə malikdirlər, baxmayaraq ki, biz bunda sülhyönümülü vasitələrə üstünlük veririk. Amerikanlar isə şübhəsiz ki, hərbi vasitələrə əl atacaq.

1853-cü il 26 iyunda Putyatin Honqkonqdan Bonin arxipelağına getdi. 25 iyulda Pıl adasının Lloyd limanında bütün rus eskadrası toplandı. Beli adasını və Bonin adalarının bir çoxunu nəzərdən keçirən eskadra 4 avqustda Lloyd limanını tərk etdi və 9 avqustda Naqasakiyə hücuma hazırlaşdı.

Putyatinin yazdığı kimi bu əzəmətli an idi:" Nəhayət ki, biz onaylıq gəmi səfərinin nəticəsində bir çox münasibətlərdə anlaşılmaz və tədqiq edilməmiş Yaponiyaya çatdıq." 10 avqustda rus eskadrası Naqasaki limanına daxil oldu.

Bu dövrdə İngiltərə də Yaponiyada öz mövqeyini möhkəmləndirməyə çalışırdı. İngiltərə hökuməti 1842-ci il Nankin müqaviləsinə yenidən baxılması ilə məşğul olmasına baxmayaraq uzun müddət idi ki, ilk növbədə Perrinin artmaqda olan qələbəsindən istifadə edərək Yapon sahillərində öz limanlarını açmağa çalışırdı. Britaniya hökuməti bu ölkədə ABŞ-nin hakim nüfuzunun bərpa olunmasına rus gəmilərinin yapon limanlarına gəlməsinə yol verməmək üçün Yaponiya ilə sülh müqaviləsi imzalamağa tələsirdi. 1854-cü ilin 2 oktyabrında Çin sularında ingilis eskadrasına komandanlıq edən Ceyms Stirling Naqasakidə ingilis-yapon müqaviləsini imzaladı. O, Saxalinə münasibətdə Rusiyanın "təcavüzkar planı" barədə məlumat verdi. Hətta xəbərdarlıq etdi ki, əgər ruslar yapon sularında görünərlərsə, ingilis eskadrası rus gəmiləri ilə döyüşə girəcək. Eyni zamanda beynəlxalq hüquq da ingilis və fransız gəmilərinə Yaponiyanın neytral su ərazilərində müharibə vaxtı rus gəmilərinə hücum üçün imkan verirdi. Müttəfiqlər yapon limanlarından 1854-cü ilin avqustunda Petrapavlovskda desantların dəyişdirilməsi üçün baz kimi, 1855-ci ilin iyununda şəhərlərin bombardman edilməsində və 1855-ci ilin sentyabrında Urunedə rus-amerikan birləşmələrinin faktoriyalarının məhv edilməsində istifadə etdilər.

Krım müharibəsi Rusiyaya kömək etdi ki, yaranmış bu əlverişli şəraitdən dərhal Yaponiya ilə sülh müqaviləsi bağlamaq üçün istifadə etsin. Amma çar hökuməti Rusiyanın beynəlxalq vəziyyətinin mürəkkəb olmasını nəzərə alaraq belə hesab edirdi ki, Putyatinin səfirliyi ümid verir ki, rus-yapon münasibətləri yaxşı başlayacaq.

1855-ci ilin 26 yanvarında imzalanmış Simod traktatına əsasən Rusiya üçün açılmış limanlarda ruslar məhdud miqdarda və yapon məmurlarının vasitəçiliyi ilə müxtəlif məhsullar alırdılar. Bütün bunlar vacib problemlərin həllinə-Rusiyanın Uzaq Şərq bölgələrinin və Sakit Okean mülklərinin ərzaqla təminatına imkan vermirdi. Buna görə də Rusiya Yaponiya ilə ticarət müqaviləsini bağlamaqda maraqlı idi. Lakin uzun müddət idi ki, çar hakimiyyətinin başı Krım müharibəsinə və Çinlə danışıqlara qarışmışdı.

İngiltərənin 1842-ci il Nankin sazişinə yenidən baxmaq cəhdinin uğursuzluğu ilə 1856-cı ilin oktyabrında Fransanın dəstəyi ilə Çinə qarşı hərbi əməliyyat başladı. Çarizm qorxurdu ki, Çində ingilis ağalığı Rusiyanın buradakı satış bazarlarını itirməsi ilə nəticələnər və Rusiyanın Uzaq Şərq regionlarını daimi təhlükədə saxlayar.

1857-ci ilin iyulunda E. Putyatinin "Kamçadal" tenderi 15 nəfərlik heyətlə Saxalinə göndərildi.5 avqust 1859-cu ildə Şərqi Sibirin general-qubernatoru Muravyev Edo körfəzində oldu.8 avqustda yapon nümayəndələri Endo Tadzima-no-kami və Sakai Ukenooxe onun yanına gəldilər.10 avqustda rus nümayəndələri Yaponiyanın paytaxtına təntənəli səfər etdilər. I iclasda Muravyev bildirdi ki, imperator ona yaponlarla sərhəddin Laperuz boğazına keçirilməsi barədə sülh danışıqları aparmağı tapşırmışdır. Belə ki, Saxalin çoxdandır Rusiyaya məxsusdur və onun şərq bölgələrinin, xüsusilə Amur rayonunun müdafiəsi üçün xüsusi əhəmiyyət kəsb edir. Onun layihəsində qeyd edilirdi ki, rus qanunlarının müdafiəsi altında yaponlar balıq ovu hüququnu da saxlayacaqlar. Ancaq nümayəndələr bu layihədən üz çevirdilər. İngilis diplomatı K. Elnon və fransız diplomatı Şen de Belkurun dəstəyi ilə yapon hökumətinin öz köhnə tələbləri olan sərhədləri 500 şm. enliyində yaratmaq istəyini yenidən bildirməsi ilə danışıqlar çıxılmaz vəziyyətə düşdü.

Rus hökuməti Muravyevin uğursuz danışıqlarından məyus oldu, amma qərara aldı ki, bu məsələni sülh yolu ilə həll etsin.2 noyabr 1860-cı il Pekin müqaviləsindən sonrs Saxalinin strateji əhəmiyyəti artdı. Ada Primor vilayətinin tərkib hissəsi sayılmağa başlandı. Vilayətin hərbi qubernatoru P. V. Kazakeviç Due və Rusunada postları gücləndirmək və Amur flotunun və Sakit Okean eskadrasının ehtiyaclı olduğu kömür hasilatını artırmaq qərarına gəldi. Rus hakimiyyət dairələri Saxalini kömür sənayesi mərkəzinə çevirmək təklifində bulundular.1856-cı ildə adanın təbii sərvətlərini tədqiq etmək üçün Rus geoqrafik cəmiyyətinin Sibir ekspediyası bura gəldi.

1860–1861-ci illərdə rus hökuməti Rusiyanın maraqlarının qorunması üçün İ. F. Lixaçevin komandanlığı ilə Sakit Okean eskadronunu yaratdı.lixaçev Koreya boğazına xüsusi əhəmiyyət verirdi. Çünki buradan Çin, Yaponiyanın cənub limanları və digər Sakit Okean ölkələrinə birbaşa yol keçirdi. O Tsusimdə "hərbi dəniz stansiyası" yaratmağı təklif etmişdi ki, ingilislərin buranı zəbt etməsinə imkan verməsinlər.

Rus hakimiyyət dairələri hesab edirdilər ki, Rusiyanın mövqeyinin Saxalində güclənməsi və gələcəkdə Yaponiyanın daxili vəziyyətinin daha da pisləşməsi onu məcbur edəcək ki, Cənubi Saxalinə dair iddialarından əl çəksin. Amma yapon hakimiyyəti öz iddialarını davam etdirirdi.

Yapon hökuməti Rusiyanın Cənubi Saxalində rusların hasarlama tədbirlərindən narazılığını bildirdi. Xakodatın qubernatoru Nuraqaki-Avadzi-no-kami və yapon xarici işlər nazirliyinin nümayəndəsi rus konsulu E. N. Byusova bildirdi ki, rus hökuməti Cənubi Saxalində tikililəri ucaltmamalıdır.18 mart 1867-ci ildə iki hissədən ibarət olan müvəqqəti müqavilə imzalandı. I hissədə rusların təklifi bunlardan ibarət idi:

  • 1) Sərhəddi Laperuz boğazından təyin etmək.
  • 2) Saxalində yaponların balıq ovu edə bilməsinə icazə verilməsi.
  • 3) Ətrafındakı adacıqlarla birgə Urup adasını Yaponiyaya vermək.
  • 4) Razılığa gəlinməyən məsələlər barədə müvəqqəti qaydalar düzəltmək qərarına gəlindi.

Müqavilənin II hissəsində yaponların IV maddədən başqa qalanlarını rədd etməsi göstərilirdi. Ruslar və yaponlar sülh və dostluğu qorumalı, aralarındakı konfliktləri danışıqlar yolu ilə həll etməli idilər. Yerli sakinlər şəxsi və mülki sərbəstliyə malik idi. Müvəqqəti müqavilə imzalanmasından 6 ay gec olmadan qüvvəyə minirdi.

1867-ci il anlaşması çarizmin Yaponiyaya əhəmiyyətli güzəşti idi. Amma o, Saxalin məsələsinin həllində əhəmyyətli idi. Yaponlar rusların Cənubi Saxalində məskunlaşmasına mane olmaqdan məhrum oldu.1867-ci ildə Rusiya xarici işlər nazirliyinin hesabatında bildirilirdi ki, danışıqlar uğursuz olub, amma faciəli olmayıb. Yaponiya hüquqi olaraq bu ərazinin Rusiyaya məxsuus olduğunu tanıdı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]