Yekaterina Zaxariyeva

Yekaterina Zaxariyeva (tam adı: Yekaterina Zaxariyeva, bolq. Екатерина Спасова Гечева-Захариева; 8 avqust 1975[1][2], Bazarcıq[d], Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan siyasətçisi, Bolqarıstanın Xarici İşlər naziri (4 may 2017-ci ildən). O, 2013-cü ildən müvəqqəti Baş nazir müavini və Regional inkişaf naziri olmuşdur.

Yekaterina Zaxariyeva
bolq. Екатерина Спасова Гечева-Захариева
bayraq
Bolqarıstanın Xarici İşlər naziri
Baş nazirBoyko Borisov
ƏvvəlkiRadi Naydenov
bayraq
Bolqarıstanın Ədliyyə naziri
3 yanvar 2015 – 27 yanvar 2017
ƏvvəlkiXristo İvanov
SonrakıMariya Pavlova
Şəxsi məlumatlar
Doğum tarixi 8 avqust 1975(1975-08-08)[1][2] (48 yaş)
Doğum yeri
  • Bazarcıq[d], Bolqarıstan Xalq Respublikası[d]
Dini Bolqar Pravoslav Kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Zaxariyeva 1975-ci ildə Pazarcıqda anadan olmuşdur. Yerli kollecdə alman dilini səlis öyrənmişdir. Plovdiv Universitetinin hüquq fakültəsindən məzun olduqdan sonra hüquq üzrə magistr təhsili də almışdır.[3]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2001-2003-cü illərdə vəkil kimi işlədikdən sonra 2003-cü ildən Bolqarıstanın Ətraf Mühit və Su Ehtiyatları nazirliyində hüquq məsləhətçisi kimi fəaliyyətə başlamışdır. Zaxariyeva 2007-ci ildə Hüquqi, İnzibati və Tənzimləmə Xidmətlərinin direktoru olmuşdur.[3]

2009-cu ildən siyasətə daxil olan Yekaterina Zaxariyeva Regional İnkişaf naziri Rosen Plevnelievin müavini olmuşdur. Plevneliev Bolqarıstan Respublikasının Prezidenti olduqda Zaxariyevanı 2013-cü ilin mart ayından may ayınadək Baş nazirin müavini vəzifəsinə təyin etmişdir.[4] O, Bolqarıstan Kabinetində Baş nazir Marin Raykovun müvəqqəti müavini olmuşdur.

18 dekabr 2015-ci ildən 27 yanvar 2017-ci ilədək Ədliyyə naziri kimi fəaliyyətinə davam etmişdir. 4 may 2017-ci ildən Bolqarıstanın Xarici İşlər naziridir.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Ekaterina Zakharieva // https://pantheon.world/profile/person/Ekaterina_Zakharieva.
  2. 1 2 Strazha.bg.
  3. 1 2 Ekaterina Zakharieva Arxivləşdirilib 2021-11-17 at the Wayback Machine, President of the Republic, retrieved January 2014
  4. Visit of Ekaterina Zaharieva, Bulgarian Deputy Prime Minister and Minister for Regional Development and Public Works, to the EC Arxivləşdirilib 2017-12-29 at the Wayback Machine, March 2013, retrieved January 2014
  5. "Minister of Foreign Affairs". Bolqarıstan. 2014-07-08 tarixində orijinalından arxivləşdirilib.

Vikianbarda Yekaterina Zaxariyeva ilə əlaqəli mediafayllar var.