Yel-Braun obsessiv-kompulsiv simptomlar cədvəli (ing. Yale-Brown obsessive-compulsive scale) Yel və Braun universitetlərində Veyn Qudman (ing. Wayne Goodman) və onun əməkdaşları tərəfindən işlənib hazırlanmışdır.[1] Yel-Braun cədvəli xəstədə olan obsessiv və kompulsiv simptomların ağırlıq dərəcəsini müəyyən etmək üçün klinik vəsaitdir. Cədvəl obsessiv və kompulsiv simptomların ifadə formasından asılı olmayaraq onların ağırlıq dərəcəsini təyin edir. Y-BOCS cədvəli obsessiv-kompulsiv posuntuların (sarışan halların) ağırlıq dərəcəsini təyin etməklə müalicə zamanı pozuntunun kliniki dinamikasını müşahidə etmək imkanı verir.[2] Bu cədvəl geniş yayılmış və əsaslı validizasiya olunmuş (effektivliyi təsdiq olunmuş) klinik vəsaitdir.[3]