Yelena Şoltesova-Maroti (slovak. Elena Maróthy-Šoltésov) — slovak yazıçısı və redaktoru; Slovakiyada qadın hərəkatının aparıcı siması[3].
Yelena Şoltesova-Maroti | |
---|---|
slovak. Elena Maróthy-Šoltésov | |
Doğum tarixi | 6 yanvar 1855[1][2] |
Vəfat tarixi | 11 fevral 1939[1][2] (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | yazıçı, jurnalist, qadın hüquqları fəalı[d], redaktor[d], publisist |
Vikianbarda əlaqəli mediafayllar |
1880-ci ildə Yelena Şoltesova-Maroti 1869-cu ildə qurulmuş «Živena» cəmiyyəti komitəsinin üzvü olur və 1894-1927-ci illərdə onun daimi sədri olur. Hazırda bu cəmiyyət vətəndaş birliyi kimi fəaliyyət göstərir, məqsədi siyasi, iqtisadi, sosial və özəl sferalarda qadın yanaşmasının xüsusiyyətlərini və “zəif cinsin” özünü həyata keçirmə və şəxsi yüksəliş imkanlarını öyrənməkdir. 2013-cü ildən Maqda Vaşariova Živena-nın rəhbəri olur.
1875-ci ildə Maroti tacir Ludovita Mixal Şoltes ilə evlənir. Cütlüyün iki övladı olur, lakin qızı səkkiz, oğlu isə 33 yaşında dunyasını dəyişir.
1912-ci ildə Şoltesova-Maroti «Živena» jurnalının qurulmasına kömək edir və 1922-ci ilə qədər onun baş redaktoru olur.
yelena Maroti-Şoltesova bütün qadınlara ali təhsil almaq və cəmiyyətdə öz layiqli yerlərini tutmaq üçün hər cür köməklik edib.
Brokhauz və Efronun ensiklopedik lüğətinin məlumatına görə, Maroti-Şoltesovanın ən məşhur romanları və hekayələri bunlardır: "Na dedine" (1881); Pripravy ku svadbe (1882); "Umierajúce diet'a" (1885); "V čiernickiej škole" (1891); "Prve previnenie" (1896); "Popelka" (1898); "Za letného vecera" (1902); "Proti prúdu" (1904).
Yelena Maroti-Şoltesova 1939-cu il fevralın 11-də Martin şəhərində vəfat edib.