Yelena (film)

Yelena (rus. Елена) — 2011-ci ildə Rusiyada çəkilmiş film.

Yelena
rus. Елена
Janr dram filmi[1][2][…]
Rejissor
Ssenari müəllifləri
Bəstəkar
İlk baxış tarixi 21 may 2011[4], 2011
Müddət 109 dəq.
Gəlir 16.182.427 ₽[5]
Ölkə
Dil rus dili
Rəng rəngli
IMDb ID1925421

Andrey Zvyaginsevin filmlərinə baxanlar yəqin ki, artıq bilirlər ki, bu rejissor öz dəst-xətti ilə Rusiya sərhədlərini aşmış bir rejissordur. "Qayıdış", "Sürgün" kimi gözəl sənət əsərlərinin yaradıcısı bu dəfə də heyran etməyi bacardı.

İmkanlı təqaüdçü Vladimir 8 il ona baxıcılıq etmiş Yelena adlı qadınla nikaha girir. Və artıq bu nikahdan 2 il keçir. Yelena Vladimirlə 10 il əvvəl tibb bacısı işlədiyi xəstəxanada tanış olub və onların hər ikisinin ilk evliliklərindən övladları var. Yelenanın oğlu ailəli və iki uşaq atasıdır. İşləmir. Onun ailəsini Yelena, daha dəqiq desək Yelenanın Vladimirdən aldığı pullar dolandırır. İndi isə Yelenanın nəvəsi məktəbi bitirib və ali məktəbə girməsə hərbi xidmətə getməlidi. Buna isə nə valideynləri, nə də nənəsi Yelena razı deyil. Yelena nə olur olsun nəvəsini oxutmaq üçün lazım olan pulları tapmalıdır.

Bunun üçünsə Vladimirlə danışmalıdır. Vladimir Yelenadan heç nə əsirgəmir, heç nə gizlətmir. Yelena Vladimirin seyfinin koduna qədər hər şeyi bilir. Bu etimadı çoxdan qazanıb. Yeganə problem isə Vladimirin Yelenanın nəvəsinə lazım olan pulu vermək istəməməsidir. Burada diqqəti Vladimirə cəmləsək onun haqqlı olduğunu görərik. "Nə vaxta qədər mən onun ailəsini dolandırmalıyam? Eşşək boyda adamdı, getsin canı çıxsın işləsin. Belə etdikcə onları daha da qudurduruq. Getsin oğlu da əsgərliyini çəksin. Bərkə-boşa düşsün, bilsin ki, pul asanlıqla qazanılmır." Amma Yelenanın nənəlik instinkti onu Vladimiri anlamağa heç cür izin vermir. Uzun mübahisələrdən sonra Vladimir pulu ödəyəcəyini söz verir. Yelena öz həyatını çoxdan itirmiş bir insandır və onun üçün "mən" anlayışı ailəsinə aiddir. Onun üçün oğlu, nəvələri, gəlini hər şeydir. Vladimirlə 10 illik dam belə onun bu sevgisini azaltmayıb, əksinə get-gedə Vladimir ona əngəl olmağa başlayıb. Və bir gün Vladimir infarkt keçirir. İndi o yataq rejimində Yelenadan asılıdır. Yelenanın nəvəsinin əsgərlik vaxtına isə hər gün daha az qalır. Vladimirdən söz verdiyi pulu istəyir Yelena… Amma infarkt keçirmiş və xəstəxanada uzun illərdən sonra sevimli qızı ilə barışan Vladimir sözünü tutmur. Pulu vermir. Bununla da hadisələri faciəyə sürdürür… Filmdə olan 3–4 dəqiqəlik bütöv kadrlar Nuri Bilge Ceylan filmlərini yada salır. Olduqca sakit və eyni zamanda təsviri mümkün olmayan dramatizm yüklü bir filmdi. İlk baxışdan hər şey sakit baş verir, amma hadisələrin məğzində insan hissləri, faciəsi, fəryadı gizlənir. Bir ananın və bir nənənin sevdikləri uğrunda nələrə qadir olmasını göstərir. Və çox içdən gələn bir filmdi "Yelena". Sanki kiminsə həyatını izləyirsən. Filmin kulminasiyası yoxdur. Belə filmlərdə kulminasiya olmur. Amma sonda bir kadr var. Həmin kadrın məhz o cür çəkilməsinə görə və filmin məhz bu cür bitdiyinə görə rejissoru ayaq üstdə alqışlayıram. Rejissor həmin kadrla mesaj verib. Yəni bu cür də ola bilərdi amma olmadı. Yəni sadəcə bitmədi. Davam etdi… Baxanda anlayacaqsız hansı kadrdan söhbət gedir. Şiddətlə tövsiyə edirəm bu filmi sizə hörmətli film sevərlər. Əminəm ki, zövqünüzü oxşayacaq.

Film "Kann"da təqdim olundu və "Jüri prizi" (Böyük Jüri mükafatından söhbət getmir) qazandı.