Andrey Petroviç Zvyaqintsev (rus. Андре́й Петро́вич Звя́гинцев) (doğum tarixi: 6 Fevral, 1964) Rus film rejissoru və aktyorudur. Daha çox 2003-cü ildə çəkdiyi “Qayıdış” (The Return) filmi ilə tanınır. Bu film Venesiya Film Festivalında Qızıl Ayı mükafatını qazanmışdır.
Andrey Zvyaginsev | |
---|---|
rus. Андрей Петрович Звягинцев | |
Doğum adı | Андрей Петрович Звягинцев |
Doğum tarixi | 6 fevral 1964[1] (60 yaş) |
Doğum yeri | Novosibirsk, Sibir |
Milliyyəti | Rus |
Vətəndaşlığı | Rusiya |
Fəaliyyəti | Rejissor, Ssenarist, Aktyor |
Fəaliyyət illəri | 2000-bu günədək |
Təhsili |
|
Mükafatları | Qızıl şir-2003, Nika-2011 |
IMDb | http://www.imdb.com/name/nm1168657/ |
az-film.com/en/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Zvyagintsev Novosibirskdə, Sibirdə doğulmuşdur. 1984-cü ildə 20 yaşında olarkən aktyorluq sahəsində təhsil aldığı Novosibirsk Dram Məktəbini bitirmişdir. 1986-cı ildən 1990-cı ilə qədər Moskvada, Rusiya Teatr Sənətləri Akademiyasında işləmişdir. 1992-ci ildən 2000-ci ilədək müxtəlif teatr və filmlərdə rol oynamışdır. 2000-ci ildə Ren Tv-də işləməyə başlamışdır. Üç seriyalı film olan “Qara otaq”(“Tha Black Room”)da rejissorluq etmişdir. 2003-cü ildə ilk filmi “Qayıdış”ı (“The Return”) çəkir. İlk filmi olmasına baxmayaraq Qızıl Ayı mükafatı da daxil olmaqla bir neçə mükafat qazanır. Ikinci filmi “Sürgün”ün (“The Banishment”) premyerası 2007-ci ilin Kann kinofestivalında keçirilmişdir. Eyni zamanda Qızıl Palma üçün mübarizə aparmışdır.[2] 2008-ci ildə “Nyu-York, Səni Sevirəm”(New York, I Love You) filmi üçün qısametrajlı film çəkmişdir. Bu hissə kinoteatrlarda kəsilsə də, filmin DVD-sində vardır.[3] Rejissorun son filmi Elenanın premyerası 2011-ci il Kann Film Festivalında, Un Certain Regard bölməsində göstərilərək edildi.[4] Eyni zamanda Jüri xüsusi mükafatını qazandı.[5]