Yelena Tevdoradze

Yelena Tevdoradze (gürc. ელენე თევდორაძე; 5 sentyabr 1938, Tbilisi) — Gürcüstan siyasətçisi, müəllimi və Gürcüstan parlamentinin keçmiş üzvü.

Yelena Tevdoradze
gürc. ელენე თევდორაძე
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi[d]
22 yanvar 2001 – 29 sentyabr 2008
Şəxsi məlumatlar
Doğum tarixi 5 sentyabr 1938(1938-09-05) (85 yaş)
Doğum yeri

Həyatı[redaktə | mənbəni redaktə et]

Tevdoradze 5 sentyabr 1938-ci ildə Tbilisidə anadan olmuşdur. O, 1960-cı ildə Tbilisi Xarici Dillər İnstitutunun Alman dili və ədəbiyyatı fakültəsini bitirmişdir.[1] Tevdoradze 1962–1963-cü illərdə Rustavi şəhərində orta məktəb müəllimi, 1963–1965-ci illərdə yerli komsomolun rəhbəri olmuşdur. O, 1972-ci ildə Tbilisi 3 saylı məktəbin direktor müavini, 1975-ci ildə isə Tbilisinin 90 saylı məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir.[2]

Tevdoradze 1993-cü ildən 2003-cü ildə qurum ləğv olunana qədər Gürcüstan Vətəndaşları İttifaqının üzvü olmuşdur. O vaxtdan Vahid Milli Hərəkatın üzvüdür. O, 1995–2008-ci illərdə Gürcüstan parlamentinin üzvü olmuş, 2004–2013-cü illərdə Əfv üzrə Dövlət Komissiyasının prezidenti olmuşdur.[3] O, həmçinin 2004-cü ildə reintreqasiya işləri üzrə nazir müavini olmuşdur.[4]

Tevdoradze 2008-ci ildə Gürcüstanda parlamentin inkişafına və insan hüquqlarının müdafiəsinə verdiyi şəxsi töhfəyə görə "Şərəf" ordeni ilə təltif edilmişdir.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Tevdoradze Elene". 2019-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
  2. თევდორაძე ელენე Arxivləşdirilib 2019-01-19 at the Wayback Machine  (gürc.)
  3. "ნაციონალური მოძრაობის" ყოფილი წევრი პარტიის დანაშაულებრივ რეჟიმად გამოცხადებას მხარს უჭერს Arxivləşdirilib 2022-10-24 at the Wayback Machine  (gürc.)
  4. ელენე თევდორაძე Arxivləşdirilib 2022-10-24 at the Wayback Machine  (gürc.)
  5. ელენე თევდორაძე ღირსების ორდენით ჯილდოვდება Arxivləşdirilib 2019-04-17 at the Wayback Machine  (gürc.)